Uşaq bağçasında bədbəxt hadisə

10:38 01-07-2022 | icon 491 | Təhsil
Uşaq bağçasında bədbəxt hadisə

Biləsuvarda hadisə ilə bağlı bağça müdiri cəzalandırıldı

 

Biləsuvar rayonundakı uşaq bağçasında bədbəxt hadisə nəticəsində dörd yaşlı uşağın xəsarət aldığı barədə məlumat verilmişdi. Əliabad kənd uşaq bağçasının müdiri Şəfəq Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən əmək intizamı tənbehinə cəlb edilib.

 

Versus.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, hadisə iyunun 29-da baş verib:

 

“Hadisə ilə əlaqədar bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı dörd yaşlı İbrahimli Mircihad Samir oğlunun başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Quliyeva Reyhan Əzizağa qızı işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Əhmədova Şəfəq Adil qızından icazə alıb.

 

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb. Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT