Beyker kisti: Şikayətlənənlər üçün ƏLACI TAPILDI

16:25 29-08-2022 | icon 813 | Sağlamlıq
Beyker kisti: Şikayətlənənlər üçün ƏLACI TAPILDI

Nərminə Abbasova: “Fizioterapevtik metodlarla müalicəsi zərbə-dalğalı terapiya ilə həyata keçirilir”

 

Versus.Az-ın çoxsaylı oxucularının suallarını nəzərə alaraq, bu dəfə onlara Beyker kisti haqqında məlumat verəcəyik. Diz ağrılarından əziyyət çəkən insanların bunları bilməsi və vaxtında həkim müayinəsindən keçməsi vacibdir.

 

Oxucularımızı Beyker kisti ilə bağlı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA məlumatlandırıb.

 

Nərminə Abbasova bildirdi ki, Beyker kisti dizaltı nahiyyədə, diz oynagının arxasında yerləşən, içərisi adətən şəffaf, sarımtıl maye ilə dolu törəmə olub, müxtəlif ölçülərə çata bilir. Onun sözlərinə görə, daha çox diz oynagının artrozunda rast gəlinir. Həkim qeyd etdi ki, beyker kisti travma, revmatoid artritdən sonra da inkişaf edə bilər:

 

 

“Bəzi hallarda isə yaranma səbəbini aydınlaşdırmaq mümkün olmur. Əsas şikayət dizaltı nahiyyədə, xüsusilə də hərəkət vaxtı (bükmə zamanı) ağrının yaranması, sinir və damarlar sıxıldıqda isə baldırda ağrı, ödem, keyləşmədən ibarət olur. Kista lap çox böyüdükdə əllənir, bəzən isə dizaltı venanı sıxaraq onun kəskin trombozunu törədə bilir”.

 

Həkim-terapevt deyir ki, ciddi fəsadlarından biri kistanın partlaması və onun dizaltında kəskin ağrı, baldırda ödemlə müşayiət olunmasıdır:

 

 

“Beyker kistlərinin fizioterapevtik metodlar ilə müalicəsi zərbə-dalğalı terapiya ilə həyata keçirilir. Zərbə-dalğalı terapiya müasir qeyri-cərrahi müalicə metodu olub, beyker kistlərinin kompleks müalicəsində əhəmiyətli, effektiv metod hesab edilir. Kurs müalicə və seansların sayı həkimin xəstəni ətraflı müayinəsindən sonra həyata keçirilir. Zərbə-dalğalı terapiya ilə müalicə nəticəsində – zədələnmiş nahiyyədə ödemin və iltihabi dəyişikliklərin azalmasına, zədələnmiş toxumada qanın mikrosirkulyasiyasının sürətlənməsinə, orqanizmin regenerasiya qabiliyyətinin artmasına, toxumaların qan təchizatının bərpasına, ağrı sindromunun azalmasına səbəb olur. Eyni zamanda zərbədalğalı terapiya beyker kistlərinin ağırlaşma riskini minimum endirir.

 

Həkim deyir ki, adətən ağır hallarda kistanı punksiya edib möhtəviyyatı boşaldır və içərisinə iltihab əleyhinə preparatlar yeridilir. Onun sözlərinə görə, daha yaxşı olar ki, bu prosedura USM-in altında aparılsın:

 

Bu daha dəqiq, az travmatik və tam təhlükəsiz olur. Xüsusilə də kista çox kameralı olduqda bu üsul əvəzsizdir. USM-in nəzarəti ilə aparılan punksiyaların ən böyük üstünlüyü isə kistanın yaxınlığında yerləşən damarların zədələnmədən qorunmasıdır. Bir çox hallarda punksion müalicə kifayət edir. Əgər maye təkrar-təkrar yıgılırsa, punksion metod effekt vermirsə, kista böyük ölçülərdə qalırsa, o vaxt cərrahi müalicə sistektomiya icra edilir. Punksiya ambulator şəraitdə yerli anesteziya ilə aparıldığında, xəstəxanada qalmağa ehtiyac olmur”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Beyker kistadan əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?

"3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

 

Milli Məclis Prezidenti və Vitse-prezidenti təbrik edib

Ruben Vardanyan barədə QƏRAR

Bələdiyyələrlə bağlı qanun layihəsi...

COP29 müddətində hər hansı məhdudiyyət
OLMAYACAQ

Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"

"COP-29 öncəsi Azərbaycana qarşı düşmən qüvvələr daha da fəallaşıblar”

"Onun adını tarixdə yaşatmalıyıq"

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək