Ermənilər atəşkəsi pozursa, o zaman nə etməli? -Açıqlama

13:30 06-09-2022 | icon 388 | Geopolitika
Ermənilər atəşkəsi pozursa, o zaman nə etməli? -Açıqlama

 

 

 

“Ərazilərimizdə olan separatçı, terrorçu qruplar tam olaraq zərərsizləşdirilməli və Azərbaycan ordusu öz sərhədlərində birmənalı olaraq antiterror əməliyyatlarına tam və qətiyyətlə hazır olmalıdır”.

 

 

Versus.az xəbər verir ki, bunu hərbi təhlilçi Alp Arslan İmamqulu son bir neçə gün ərzində ermənilərin Laçın və Kəlbəcər istiqamətində növbəti dəfə atəşkəsi pozaraq təxribatlar yaratması ilə bağlı açıqlamasında bildirib.  O, erməni təxribatlarının məhz Brüssel görüşlərindən sonra aktivləşməsini həm də  sülhməramlıları Qarabağda yerləşdirən Şimal qonşumuzun proseslərə xəbis müdaxiləsi kimi dəyərləndirib.

 

 

Hərbi təhlilçi hesab edir ki, Rusiyanın Brüsseldə  gedən görüşlərə birmənalı olaraq xoşməramlı yanaşması gözlənilmirdi.

 

“Rusiya region və digər məsələlər  uğrunda Qərblə arasında gedən mücadilədə Azərbaycan məsələlərinin Avropa İttifaqında gündəm olmasını heç cür həzm edə bilməzdi”.

 

A.A.İmamqulu faktlara istinad edərək qeyd edib ki, Rusiya regionda sərhəddə delimitasiya prosesinin baş tutmasına və sülhün  bölgədə hakim olmasına tərəfdar deyil.

 

“Çünki maraqları bölgədə istiqrarsızlıq və xaosun olmasına hədəflənib. Bu da Qafqazda öz varlığını sürdürə bilməsinə imkan verir. Rusiyanın özünü regionda saxlamaq üçün qurduğu məlum əngəllərdən başqa, Ermənistan da siyasi qruplar arasında çəkişmələr var. Bu da son dövrlərdə sərhəddə terror aktları ilə özünü biruzə verir. Bu o deməkdir ki, Azərbaycan öz təhlükəsziliyini təmin etmək üçün təktərəfli olsa da alternativ addımlar atmağa hazır olmalıdır. Bundan əvvəl “Qisas” antiterror əməliyyatları icra olundu. Bu da  bir sıra ərazilərimizin təhlükəsizliyini qarant altına aldı. Görünür ki, belə əməliyyatlar olmalıdır”. (hafta.az)

 

 

T.Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ