“Akvamen”dən qəribə aksiya

10:57 07-09-2022 | icon 613 | Şou-biznes
“Akvamen”dən qəribə aksiya

Etiraz olaraq saçını kəsdi

 

“Akvamen” (“Aquaman”) filmindəki rolu ilə daha çox məşhurluq qazanan Hollivud ulduzu Ceyson Momoa saçını kəsdirib. Amma bunu elə-belə yox, dünya okeanlarındakı plastik çirklənməyə diqqət çəkmək üçün aksiya kimi həyata keçirib.

 

O, bu barədə kadrları sosial şəbəkədə paylaşıb.

 
 

“Planetimizi və okeanlarımızı qoruyun. Həyatımızı və dənizlərimizi plastik butulkalardan, paketlərdən, qab-qacaqdan və başqa şeylərdən təmizləmək lazımdır”, - deyə o, paylaşdığı videoya şərh yazıb.

 

Çoxları şərhlərdə Momoanın bu təşəbbüsünü dəstəkləyib. Lakin aktyorun pərəstişkarları arasında onun yeni imicindən narazı olanlar da tapılıb.

 

“Lütfən, təkcə saçını yox”,  “Yox, ola bilməz!”, “Ürəyimi qırdın”, “Mənə hörüyünüzü göndərə bilərsiniz?”, “Abunədən çıxdım”, - kimi şərhlərlə pərəstişkarları aktyorun saçına necə heyifsiləndiklərini bildiriblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?

"3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

 

Milli Məclis Prezidenti və Vitse-prezidenti təbrik edib

Ruben Vardanyan barədə QƏRAR

Bələdiyyələrlə bağlı qanun layihəsi...

COP29 müddətində hər hansı məhdudiyyət
OLMAYACAQ

Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"

"COP-29 öncəsi Azərbaycana qarşı düşmən qüvvələr daha da fəallaşıblar”

"Onun adını tarixdə yaşatmalıyıq"

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək