Yeni pandemiya başlaya bilər

16:26 28-09-2022 | icon 565 | Sağlamlıq
Yeni pandemiya başlaya bilər

COVID-19-dan DAHA ÖLÜMCÜL virus tapıldı

 

2019-cu ilin son aylarında həyatımıza daxil olan koronavirus (COVID-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub. Virusa yoluxma statistikasında azalma müşahidə olunsa da, pandemiya hələ də başa çatmayıb.

 

İngiltərənin "Daily Mail" qəzeti yazır ki, dünya COVID-19-dan qurtulmamış Rusiyadan gələn yeni virus xəbəri epidemiyanı bir daha gündəmə gətirib.

 

"Khosta-2" adı verilən yeni və daha ölümcül virus Rusiyanın Soçi Milli Parkında yarasalarda aşkar edilib.

 

"Khosta-2" üzərində eksperimentlər aparan ABŞ virusoloqları xəbərdarlıq ediblər ki, bu patogen pandemiya zamanı istifadə olunan vaksinlərə tamamilə davamlıdır.

 

Laboratoriya tədqiqatları həm Moderna, həm də Pfizer peyvəndlərinin hər iki dozasının virusa təsir etmədiyini ortaya qoyub.

 

Alimlər aşkar ediblər ki, "Khosta-2" koronavirus kimi insan hüceyrələrinə asanlıqla yapışa bilir.

 

Araşdırmanın nəticələri "PLoS Pathogens" jurnalında dərc olunub. Mütəxəssislər qeyd edir ki, yeni virus qlobal sağlamlıq üçün təhlükə yaradır, buna görə də universal koronavirus peyvəndlərinin hazırlanmasına təcili ehtiyac var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?

"3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

 

Milli Məclis Prezidenti və Vitse-prezidenti təbrik edib

Ruben Vardanyan barədə QƏRAR

Bələdiyyələrlə bağlı qanun layihəsi...

COP29 müddətində hər hansı məhdudiyyət
OLMAYACAQ

Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"

"COP-29 öncəsi Azərbaycana qarşı düşmən qüvvələr daha da fəallaşıblar”

"Onun adını tarixdə yaşatmalıyıq"

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək