Bunlar əzələ ağrısını daha da ağırlaşdırır

15:19 30-09-2022 | icon 901 | Sağlamlıq
Bunlar əzələ ağrısını daha da ağırlaşdırır

Nərminə Abbasova: "Ağır zədə və ya başqa xəstəlik səbəbi ilə yaranan əzələ ağrıları ciddi müalicə tələb edir"

 

Əzələ ağrılarından şikayətlənən insanlar adətən ilk vaxtlar təsadüfi ağrıkəsicilər və əzələyumşaldıcı dərmanlar qəbul edərlər. Halbuki müxtəlif xəstəliklərin səbəb olduğu əzələ ağrılarında yanlışlıqla əzələ yumuşaldıcı dərmanların istifadəsi problemin artmasına səbəb ola bilər.

 

Mövzuyla bağlı Versus.Az-ın oxucularını məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, ailə həkimimiz, terapevt NƏRMİNƏ ABBASOVA bildirdi ki, burada ən vacibi əzələ ağrılarının səbəbini müəyyən etməkdir. Müalicə də buna görə təyin edilməlidir:

 

“Əzələ ağrısı əzələdə ağırlıq hissi, həssaslıq, sərtlik, hərəkətsizlik, spazma, ağrı ilə müşahidə olunan tutulmalar, göynəmə olaraq özünü güstərir. Əzələ ağrıları xəstənin yuxusunu pozmaz. Çünki bu ağrılar hərəkət zamanı başlayır və artır. İnfeksiya və maye toplanması zamanı isə bu ağrılar istirahət zamanı da davam edir”.

 

 

 

Həkim-terapevt qeyd etdi ki, əzələ ağrısının ən sıx bilinən səbəbləri əzələnin gücə salınması və gərilməsi, onurğa problemləri (bel və boyun yırtıqları, sürüşmə, kirəcləşmə səbəbi ilə olan sinir sıxılmaları), fibromiyalji, influenza (qrip), lyme xəstəliyi (gənə dişləməsi), dərmanlar, xüsusilə statinlər, kolestreol salıcı dərmanlar, miyofasiyal ağrı sindromu və revmatik xəstəliklərdir:

 

“Rabdomiyoliz, əzələ liflərinin qoparaq qan dövranına girişi ilə xarakterizə olaraq həyati təhlükə yaradan bir vəziyyətdir. Bəzən statin dərmanlarından istifadənın əks-təsiri olaraq da ortaya çıxa bilir.

Əzələ spazması qəfil başlayan ağrılı əzələ sıxılmalarıdır. Daha çox baldır əzələlərində izlənir. Bu spazmalar əzələiçi maye və elektrolit itkisi, əzələlərdə toksik maddə toplanması nəticəsində və ya qan dövranı pozuqluqlarında meydana gələ bilər.

Əzələ spazmaları daha çox bel və boyun yırtıqları zamanı müşahidə olunur. Xəstələr ağrının yerini müəyyən etməkdə çətinlik çəkirlər. Bu səbəbdən digər toxumalardan qaynaqlanan ağrıları da təsbit etməyə bilərlər. Məsələn, omba ağrısı bud sümüyü əzələlərinə yayıla bilər”.

 

Əzələ ağrısından əziyyət çəkənləri bir sual maraqlandırır - nə zaman mütləq həkim müayinəsindən keçmək lazımdır?

 

 

Nərminə xanım deyir ki, stress, gücəsalma, yanlış idman hərəkətləri və ya məşqlərdən qaynaqlanan əzələ ağrıları ümumiyyətlə evdə tətbiq oluna müalicələrlə aradan qaldırıla bilir:

 

“Ağır zədə və ya başqa xəstəlik səbəbi ilə yaranan əzələ ağrıları isə ümumiyyətlə ciddi müalicə tələb edir. Uzun müddət edilən məşqlər əzələ ağrılarına yol aça bilir. Özəlliklə müəyyən yaşdan sonra başlanılan, xüsusi təyin edilməyən məşqlərdən sonra əzələ ağrıları meydana gələ bilər. Pilates kimi əzələləri gərən məşqlər adamda onurğa və ya oynaq problemi varsa və ya əzələ quruluşuna görə edilməmişsə, əzələ və oynaq problemləri meydana gətirə, əzələ ağrısı meydana gəlincə edilən masaj isə əzələ içində şiş yarandığı təqdirdə zərər verə bilər”.

 

 

Həkim deyir ki, erkən dövrdə səhv edilən müdaxilələr ciddi əzələ problemləri meydana gətirə bilər, hansı ki, yaxşılaşması aylarla uzanar:

 

“Əzələ zorlanması zamanı ilk 48 saat həkimin məsləhəti ilə müəyyən hərəkətlər tətbiq edilməlidir. Məsələn, istirahət lazımdır, gündə üç dəfə 15, 20 dəqiqə ağrılı sahəyə buz qoyulmalıdır, meydana gələ biləcək şişi azaltmaq üçün ayaq və ya qolda zorlama olmuşsa, yüksək bir yerdə saxlamaq lazımdır. Əzələ ağrısı getdikcə artırsa, bir həftədən daha uzun müddətə davam edir və ağrılı əzələ ətrafında qızartı, şişkinlik kimi infeksiya əlamətləri varsa, mütləq həkimə müraciət etmək lazımdır”.

 

Nərminə xanım bildirdi ki, əzələ ağrıları ilə birlikdə nəfəsalma çətinliyi, ya da baş gicəllənməsi, əzələ gücsüzlüyü, yüksək atəş və boyun sərtliyi varsa, həmən təcili yardıma müraciət edilməlidir.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova əzələ ağrılarından əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”