Məcburi köçkünün evinin şəhid ailəsinə verilməsinə aydınlıq gətirilib

14:12 12-10-2022 | icon 572 | Sosial
Məcburi köçkünün evinin şəhid ailəsinə verilməsinə aydınlıq gətirilib

“Bəzi internet media resursları və sosial şəbəkə istifadəçiləri oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında məcburi köçkünlərin etiraz bildirdikləri barədə məlumat yayıblar”.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.

 

"Həmin şəxslərin müraciətləri ilə əlaqədar aparılan araşdırmanın nəticələrinə əsasən, “etirazçı”lardan biri - Şuşa şəhərindən məcburi köçkün Sədirzadə Gülşən Səid qızı 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum sanatoriyası”ndan məcburi köçkün ailələrinin köçürülməsi zamanı Sabunçu rayonunun Ramana qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış kompleksində ikiotaqlı mənzillə təmin edilib. Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin yaşayış kompleksinə xidmət edən mənzil kommunal-istismar sahəsinin (MKİS) əməkdaşlarının müntəzəm apardıqları müşahidə və baxış-yoxlama tədbirləri zamanı G.Sədirzadənin mənzildə yaşamadığı müəyyən edilib. Yaşayış sahəsinin təqdim edildiyi 2021-ci ilin may ayından bu günədək qeyd edilən mənzilin sayğac göstəriciləri (elektrik, qaz və su üzrə) sıfır olub. O özü də ötən gün Dövlət Komitəsində qəbulda olarkən mənzildə yaşamadığını etiraf edib.

 

Mövcud qanunvericiliyə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsinə Dövlət Komitəsi tərəfindən xitam verilir. Bu səbəbdən, əvvəlcədən xəbərdarlıq edilməklə, G.Sədrizadə ilə imzalanmış müqaviləyə xitam verilib və ona məxsus mənzil məcburi köçkün şəhid ailəsinə təqdim edilib.

 

Digər “etirazçı” - Ağdam rayonundan məcburi köçkün Hacıyeva Şəbnəm Telman qızının tək ana olması və müvəqqəti məskunlaşma yerində pis şəraitdə yaşaması, özünün ağır xəstə olması nəzərə alınaraq Dövlət Komitəsi tərəfindən ona Bakı şəhərinin Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində birotaqlı mənzil təqdim olunub. Həmin mənzil 2017-ci ildə Füzuli rayonundan məcburi köçkün Əmirov Elgün Məzahir oğluna müvəqqəti məskunlaşma üçün verilib. Lakin o, həmin mənzildə yaşamayıb və onu qeyri-qanuni şəkildə başqa şəxslərə kirayəyə verib. Bu səbəbdən Dövlət Komitəsi ilə Elgün Əmirov arasında bağlanmış kirayə müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Mənzil boşaldıb Ş.Hacıyevaya təqdim edərkən isə əvvəlki məcburi köçkünün qohumları buna mane olmağa cəhd göstəriblər. Buna baxmayaraq, hazırda mənzil qanuni olaraq Ş.Hacıyevaya veriləcək, Dövlət Komitəsi tərəfindən onun mənzildə yerləşdirilməsi təmin ediləcək.

 

Bir daha xatırladırıq ki, məcburi köçkünlərin onlara verilən mənzillərdən mövcud qaydalara uyğun istifadə etməsinə nəzarət Dövlət Komitəsinin müvafiq strukturları tərəfindən həyata keçirilir, müntəzəm monitorinqlər, baxış-yoxlama tədbirləri təşkil olunur. Mövcud qanunvericiliyin pozulması halları aşkar edildikdə, məcburi köçkünə əvvəlcədən xəbərdarlıq olunmaqla, bağlanmış müqaviləyə xitam verilir", - məlumatda deyilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT