"İran Zəngəzur dəhlizini sıradan çıxarmağa çalışır"

12:59 27-10-2022 | icon 418 | Geopolitika
"İran Zəngəzur dəhlizini sıradan çıxarmağa çalışır"

Əli Mustafa: "Əgər bu gün İran Azərbaycana qarşı düşmənçilik edirsə..."

 

Məlum olduğu kimi, İranın Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidi, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başlaması, təlimlər çərçivəsində Arazçayını keçməyi məşq etməsi, Qafanda konsulluğun binasını açması cənub qonşumuzun Zəngəzur dəhlizinin açılmasına maniə yaratrmaq istədiyini təsdiqləyir. İran rəsmiləri deyirlər ki, guya kimlərsə Azərbaycanla İran arasna münasibətləri pozmağa çalışır. Tutaq ki, buna inansaq, o zaman  ortada hansı maraqlar var?

 

Qeyd edək ki, İran Zəngəzur dəhlizinə alternativ olacaq “İran - Ermənistan – Hindistan” yolunun çəkilməsinə dair müzakirələrə strat verib. “Qafqaz” dəhlizi adlanan bu layihə ilə Tehran və İrəvan Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi?

 

Bu barədə Versus.az-a açıqlama verən siyasi şərhçi Əli Mustafa bildirib ki, İran son zamanlar xeyli fəallaşıb və sanki bölgədə liderlik etmək istəyir.

 

Onun sözlərinə görə, İran çox aqressiv olaraq bu missiyaya girişib:

 

“İran son vaxtlar Ermənistanla açıq şəkildə yaxın müttəfiqlik edir. İran göstərir ki, bu sadəcə bir demarş deyil,  çox ciddi, fundamental, bəlkə də həyati maraq kəsb edən bir gedişidir.  Bu gün İran Ermənistanla bir dəhliz yaradıb, Gürcüstan üzərindən keçib Qara dənizə çıxmaq və beləliklə də bu və ya digər formada Fars körfəzindən Qara dənizə, Avropaya çıxmaqla Türkiyə və Azərbaycandan asılı olmadan sərbəst şəkildə özünün  Qərbə və Şərqə çıxışını təmin etmək istəyir. Bu layihədə Hindistanın da yer alması arzulanır və İran-Ermənistan-Hindistan arasında hansısa danışıqlar gedir”.

 

Ə.Mustafa hesab edir ki, İran-Ermənistan-Hindistan üçlüyünü bir araya gətirən başqa bir güc də var:

 

“Hər halda dünyada kürəsəl güclərin bu miqyasda olan layihələri yönəltməsi heç kimə sirr deyil.  İranın burda ən böyük hədəfi Zəngəzur dəhlizini bloklamakdır. Zəngəzur sanki İranı milli maraqlarına zidd bir layihə kimi dəli edib. Anlaşılan budur ki, İran Zəngəzur dəhlizini sıradan çıxarmağa çalışır. Özünün “Qafqaz” layihəsi ilə bir növ Ermənistanı həvəsləndirməklə, Hindistanı da bura qoşmaqla, yəqin ki, Gürcüstanla hansısa danışıqlar aparmaqla ona qarşı özünün layihəsini qoymaq istəyir. Ola bilsin ki, Qafqaz dəhlizi ilə regionu məşğul edir. Bütün hallarda bu Azərbaycana, Türkiyəyə, bütövlükdə Türk dünyasına qarşı yönələn xoş niyyət deyil. Eyni zamanda bu, ermənilərin özlərinə də xoş münasibət deyil. Əslində ermənilər bu gün Rusiyadan qopmağa, daha çox qərblə əməkdaşlıq etməyə  çalışırlar. Amma İranın bu gün dünyada terrorçu bir dövlət kimi yenidən gündəmə gəlməsi, xüsusilə Ukraynadakı o fəlaktlərdə oynadığı rol, əslində Ermənistanı bir daha o gerçəkliklə üz-üzə qoyur ki, onlar  normal dövlətlərlə əməkdaşlıq edə bilmir. Harda bir terrorçu dövlət varsa, İran hər zaman özünü ona tərəf atır”.

 

Ə.Mustafa hesab edir ki, Qərb dövlətləri də bu barədə düşünməlidir. ABŞ , Avropada erməniləri müdafiə edən güclər anlamalıdır ki, artıq  bir İran-Ermənistan tondemi yaranır:

 

“Qərb Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlər barədə düşünməlidir. Çünki bu gün Ukraynaya ən ağır zərbə vuran dövlətlərdən biri olan İran, həm də  Ermənistanla yaxın əməkdaşlıq edir. Yəni İran–Rusiya əməkdaşlığı, İran-Ermənistan əməkdaşlığı, həm də onu göstərir ki, Ermənistan da bu şər güclərin yanındadır. İranı terrorçu dövlət kimi dayandırmağın zamanı çatıb. Nədənsə, bizim “mütərəqqi” Qərb susur. İranın bu gün region, dövlət üçün verdiyi zərərlər son dərəcə ciddidir və göz qarşısındadır. Çünki Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq dünyada bir tərəqqinin, rifahın qarşsını almağa yönəlir. Çünki Zəngəzur dəhlizi Çindən Böyük Britaniyaya qədər uzanan bir İpək Yolunun reallaşması istəyidir. Buna qarşı çıxamaq əslində bölgə dövlətlərinin də rifahına maneə olmaqdır. İran şər güc kimi gündəmdədir və daha çox Azərbaycana qarşı mövqe alıb. Bu İrandakı 45 milyonluq türklərə də mesajdır. Güneydə yaşayan türk qardaşlarımız da onun fərqində olmalıdır ki, onların ərazisində yaşadıqları dövlət  təəssüf ki, düşməni olmaqda davam edir. Eyni zamanda Azərbayacandakı şiyələr də nəhayət anlamalıdırlar ki, İran onlardan hansı keyfiyyətdə istifadə etməyə çalışır. Artıq cəsus şiyələr də özləri üçün müəyyən etməlidirlər ki, Erməniyə müttəfiqlik eliyən, ermənidən daha çox erməni olan İranın təsir dairəsində qalmaq istəyirlər, yoxsa, bu tələdən qurtulmaq onlar üçün daha doğru olardı”.

 

Ə.Mustafa bidirib ki, Qafanda konsulluğun açılması birbaşa Azərbaycana qarşı təhdiddir. İran demək istəyir ki, Ermənistan Zəngəzuru qorumayacaqsa, mən qoruyacam. Konsulluq orda İranın, gözü, qoludur, gücüdür. Mesaj verir ki, mən orda sizin qarşınızdayam. Əgər sabah Zəngəzurla bağlı hansısa planlarınız olacaqsa Ermənistan tək deyil, həm də İran var.

 

Ermənilərin də Təbrizdə belə bir konsulluq açmağı düşündüyünü qeyd edən siyasi ekspert hesab edir ki, Güney Azərbaycan, Təbriz birmənalı olaraq buna qarşı çıxmalı, molla-fars rejiminin antitürk mövqeyinə çox sərt reaksiyası olmalıdır:

 

“İranın bu niyyətindən sonra Türkiyənin Şuşada konsulluq açmaq arzusu oldu. Bunu yuvatmaq lazım deyil. Bundan başqa İsraillə diplomatik münasibətləri qaydasına qoyulmalıdır. Əgər ermənilərlə İran hər cür yaxınlıq edirsə və bunu bizə sanki göz dağı verərək edirsə, biz də artıq İrana eyni davranışları sərgiləməliyik. Türkiyə ilə çox ciddi hərbi müqavilələr bağlanmalıdır. Azərbaycanda Türkiyənn hərbi bazalarının yerləşdirilməsi barədə düşünmək lazımdır. Pakistanla, Əfqanıstanla hərbi-suasi əməkdaşlığı dərinləşdirmək lazımdır. Eyni zamanda Qərb, Avropa ölkələri ilə  əlaqələri genişləndirməliyik. Nəhayət, İranla əməkdaşlığı olan Orta Asiya, türk dövlətlərini bu prosesə qatmaq lazımdır. Biz məsələyə o kontekstdə yanaşmalıyıq ki, əgər bu gün İran Azərbaycana qarşı düşmənçilik edirsə, bu bütövlükdə türk millətinə, türk dövlətlərinə  olan düşmənçilikdir. Və bu dövlətlər İranla münasibətlərinə yenidən baxmalarını təlqin etmək lazımdır. İranın fəallığının arxasında Rusiya da var və biz bu məqamı da zaman-zaman dünya ictimaiyyətinə bildirməliyik. Rusiya Qafqazda əvvəlki kimi güc nümayiş etdirə bilmir, sanki bu boşluğu Türkiyəyə, ABŞ, İsrailə vermək istəmir, sanki gizli formada İrana verib. Çox güman ki, regionu qarışdırmaq səlahiyyətini İrana verib. İranın Rusiyaya verdiyi silahlar və onun müqabilində də Rusiyanın İrana nüvə silahının istehsalı ilə bağlı verdiyi dəstək, İranla bağlı sanksiyalar ciddiləşdirməlidir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ