“Rusiya sadəcə vəziyyəti nəzarətdə saxlamaq istəyir”-açıqlama

10:49 29-10-2022 | icon 515 | Geopolitika
“Rusiya sadəcə vəziyyəti nəzarətdə saxlamaq istəyir”-açıqlama

 

 

Soçi görüşü ərəfəsində Putinin Valdayda verdiyi açıqlamalar demək olar ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini tormuzlayır və sülh müqaviləsində Qarabağ qalan  ermənilərə status tələb edir.

 

 

Bunu Versus.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Soçi görüşü və Rusiya prezidentinin Valdayda verdiyi açıqlamalara diqqət çəkərkən bildirib.

 

M.Əsədullazadə bildirib ki, əgər Soçidə hər hansı razılaşmalar olsa belə, Putin bunu da həyata keçirməyəcək. 

 

“Rusiya 2 il ərzində bu məsələdə manipulyasiya edib və bundan sonra da sülhün əldə olunması üçün heç nə etməyəcək. Valday klubunda Rusiya prezidentinin sərgilədiyi mövqe bundan ibarətdir ki, Rusiya Qərbin vasitəçiliyi ilə sülh müaviləsinə razılaşmır və hesab edir ki, yalnız Rusiyanın vasitəçiliyi ilə bu müqavilə bağlanmalıdır.  Putin, həmçinin Ermənistana Qarabağdan əl çəkməməklə bağlı mesaj verir. Düşünürəm ki, Rusiyanın vasitəçiliyi  Azərbaycanın əleyhinədi  və sülh əldə olunmayacaq. Bundan sonra da Rusiyanın Soçi, 10 noyabr birgə bəyannaməsi, 11 yanvar bəyannaməsini Ermənistandan tələb edəcəyini gözləmirəm. Rusiya buna da getməyəcək, Ermənistan -Azərbaycan münaqişənin davam etməsində maraqlı olacaq”.

 

Rusiya Soçi görüşündə də öz ambissiyaları, geostrateji maraqlarına uyğun variantlar irəli sürəcək. Bu da Azərbaycanın əleyhinədir. 

“Azərbaycan Rusiyanı maraqlandırmır, sadəcə vəziyyəti nəzarətdə saxlamaq, Ermənistanı dəstəkləmək niyyətindədir.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...