"Qanun yaxın zamanlarda  qəbul olunacaq"

15:03 29-10-2022 | icon 434 | Siyasət
"Qanun yaxın zamanlarda  qəbul olunacaq"

Fazil Mustafa: “Bu dialoq, yaxud da hər hansı bir uzlaşma formal xarakter daşımamalıdır”

 

“Bu müzakirə normal qəbul olunmalıdır. Bütün siyasi palitrada olan şəxslər müzakirədə iştirak edirlərsə bu kimi məsələlərin cəmiyətdə ajiotaj doğurmasına normal yanaşmaq lazımdır”. 

 

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Fazil Mustafa “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsinin siyasi dialoq xətti üzrə əhəmiyyətini qeyd edərkən bildirib:

 

“Burda konkret qanundan söhbət gedir. Bu texniki-hüquqi məsələdir və yəqin ki, qanun yaxın zamanlarda  qəbul olunacaq. Amma burda bilavasitə partiyaların hansı rolu üzərinə götürməsinin, partiyaların seçimi ilə bağlı, partiya liderinin atdığı addımların müəyyən dərəcədə özlərinə uyğunluğu ilə bağlı bir davranışdır.  Bu baxımdan bu davranış da bütün partiyalar tərəfindən ortaya qoyula bilər”.

 

F.Mustafa bildirib ki, bizim əsas hədəfimiz o olmalıdır ki, bu dialoq, yaxud da hər hansı bir uzlaşma formal xarakter daşımasın:

 

“Yəni daimi yığışa bilən, müzakirələr apara bilən və təkliflərini ortaya qoyan qurumlar kimi mövcud olsunlar. Bu, ümumi işin daha çox xeyrinə olardı”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...