“Bu layihənin partiyalarla müzakirəsi Azərbaycanda bir ilkdir”

16:06 29-10-2022 | icon 477 | Siyasət
“Bu layihənin partiyalarla müzakirəsi Azərbaycanda bir ilkdir”

 Arzuxan Əlizadə: "Digər qanunların da ictimai müzakirələrə çıxarılması yaxşı olardı"

 

“Növbəti dinləmlərin keçiriləcəyi anons edilib. Siyasi partiyalar haqqında qəbul olunacaq qanunu Azərbaycanda siyasi partiyalaşma institiunun daha da inkişaf etməsinə rəvac verəcək”.

 

Bunu Versus.az-a AMİP sədri Arzuxan Əlizadə “Siyasi Partiyalar haqqında” qanun layihəsinin ilk dinləməsi ilə bağlı açıqlamasında bildirib.

 

Partiya sədri qeyd edib ki, Milli Məclisdə keçirilən bu formatda dinləmələri, təqdir edir, faydalı hesab edirlər:

 

“Bu əslində Azərbaycanda bir ilkdir. İlk dəfə idi ki, partiyalar birlikdə Milli Məclis formatında, parlament deputatları, eləcə də parlamentin müvafiq strukturları, media nümayəndələrinin birbaşa iştirakı ilə açıq formatda birlikdə qanun layihəsini müzakirə edirdilər. Eyni zamanda təqdir ediləcək hadisədir. Təkcə “siyasi partiyalar haqqında“ qanunla bağlı deyil, digər qanunların da ictimai müzakirələrə çıxarılması yaxşı olardı. Partiya sədrlərinin digər ictimai-siyasi şəxslərin, təşkilatların media nümayəndələrinin belə dinləmələrə cəlb olunması, fikirlərinin öyrənilməsi, bütövlükdə dövlətçiliyimiz üçün xeyirli olan amilərdən biridir”.

 

A.Əlizadə müzakirələrdə müxtəlif fikirlərin səsləndiyini qeyd edərək, bildirib ki, bəzi müddüəlarla bağlı etirazlar da səslənsə də, əksər siyasi qüvvələr qanunun qəbul olunması ilə bağlı elə də fikir ayrılığnda deyillər:

 

“Hər kəs bilir ki, ilk qanunun qəbulundan 30 il keçib. Bu illər ərzində kifayət qədər ciddi hadisələr baş verib. Yeni reallıqlar var, son dönəmdə siyasi partiyalar, ölkənin siyasi gündəmi ilə bağlı yeni reallıqlar ortaya çıxıbdır. Xüsusilə son 3 il ərzində Azərbaycan Prezidentinin yeni konfiqurasiya, dialoq mühitinin formalaşması istiqamətində dediyi fikirlər və konkret ortaya qoyduğu mövqe siyasi partiyalara yanaşmanı da dəyişib. Uzun müddət ərzidnə siyasi partiyaların sıradan çıxarılması prosesi getmişdi. Bu hər zaman deyilib. Son 3 ilə yaxın aparılan siyasəti təqdir edirik. Bu əslində dialoq mühitinin formalaşması, masa arxasında müzakirə edilməsi, siyasi partiyalara ayrılan diqqət təbiidir ki, tərəfimizdən təqdir olunur. Ümid edirik ki, bu davamlı olacaq, qanun bu prosesin şaxələsinə güclənməsinə rəvac evrəcək. Təkliflər nəzərə alınmalıdır”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...