"Azərbaycan prezidenti bu dəfə də önəmli mesajlarla qətiyyətini göstərdi"

11:35 01-11-2022 | icon 526 | Siyasət
"Azərbaycan prezidenti bu dəfə də önəmli mesajlarla qətiyyətini göstərdi"

Fuad Əliyev: "Yekun sənəd mənim üçün gözlənilməz olmadı"

 

“Soçi görüşü necə nəticələnməli idi, elə də nəticələndi. Mənim üçün qəbul olunan yekun sənəd gözlənilməz olmadı”

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Soçi şəhərində keçirilən üçtərəfli görüşü şərh edərkən bildirib.

 

 

Onun sözlərinə görə danışıqlar gərgin şəraitdə keçsə də, nəticə gözlənilən idi:

 

“Prezidentlərin ikitərəfli görüşündə İlham Əliyev çıxışın başlancığında “Qarabağ problemi artıq tarixdədir və müzakirə predmeti ola bilməz. Bu iki il əvvəl həll olunub” deməsi, onun bu məsələdə qətiyyətli olduğunu göstərdi. Bu çox önəmli bir mesaj idi. Artıq danışıqların hansı istiqamətdə gedəcəyini göstərdi”.

 

Fuad Əliyev Putinin keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlıların mandatının uzadılması ilə bağlı səsləndirdiyi vacib bir məsələyə də toxundu:

 

“Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri Rusiya sülhməramlı qüvvələrin Azərbaycanda müvəqqəti yerləşən ərazilərdən çıxmasıdır. Hesab edirəm ki, Putin keçirilən mətbuat konfransında buna tam aydın cavab verdi. Rusiya sülhməramlıların Qarabağdakı mandatının uzadılması imkanlarından danışan Putin qeyd edib ki, “kontingetin taleyi sərhədin demarkasiya və delimitasiyası ilə bağlı qərardan asılıdır”. Bu, Qarabağda yaşayan ermənilərin bir gün əvvəl keçirilən mitinqinə konkret sillə kimi cavabdır”.

 

Qeyd edək ki, ALDP sədri “çətir” məsələsini texniki məsələ olduğunu qeyd edərək, ətraflı cəvab vermək istəmədi.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ