Referendum nə vaxta qaldı?

12:15 02-11-2022 | icon 582 | Siyasət
Referendum nə vaxta qaldı?

Nizami Verdiyev: "Referendumla mümkün ola biləcək Mer seçkiləri kimi məsələlər də gündəmdədir"

 

Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün ayrılacaq vəsait açıqlanıb.

 

Versus.Az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

 

Gələn il seçkilər üçün 30 milyon manatdan çox vəsait ayrılacaq. Bir çox siyasi partiyalar bu il payızda referendumun baş tutmasını gözləyirdi. Artıq payızda referendumun keçirilməyəcəyi bəlli oldu. Referendumun keçirilməsi ilə bağlı rəsmi elan ən azı 60 gün əvvəldən edilməlidir və bu da onu deməyə əsas verir ki, hətta il sonuna qədər də referendumun baş tutması qeyri-mümkündür.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev açıqlamasında referendum keçirilməsi təklifi ilə çıxış edənlər içərisində ALDP-nin də olduğunu deyib:

 

“2002-ci ildən başlayaraq bəyan edirik ki, prorporsional seçki sisteminin ləğvi ilə partiyalaşmaya ciddi zərbə vurulub. Bu həm də siyasi institutların geriləməsidir”.

 

Nizami Verdiyev hesab edir ki, referendumda proporsional seçki ilə yanaşı digər vacib məsələlər çıxarıla bilər:

 

“Proporsional seçki sisteminə keçid, parlamentdə deputat sayının artırılması, bələdiyyələrin səlahiyyətlərinin artırılması, mer seçkiləri kimi məsələlər də gündəmdədir ki, bu da referendumla mümkün ola bilər. Gələn ilin əvvəlində isə texniki olaraq referendumun baş tutması mümkündür və bu gözləntilər qalıb. Və yəqin ki, 2023-cü ildə ölkədə referendum keçiriləcək”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...