Hakimiyyətdə yenilənmə PROSESİ

10:19 04-11-2022 | icon 573 | Siyasət
Hakimiyyətdə yenilənmə PROSESİ

Fuad Əliyev: "Həbs olunmalı, əmlakları müsadirə edilməli"

 

Son illərdə xeyli sayda korrupsioner məmur - nazir, icra başçısı, komitə, şöbə rəhbərləri, digər postlar tutan məmurlar həbs edilib. Prezident İlham Əliyevin başlatdığı radikal islahatların bir istiqaməti də rüşvətxor məmurların ağır şəkildə cəzalandırılması ilə müşayiət olundu. Prezident yeni təyin olunan məmurlarla görüşdə demişdi ki, düzgün işləməsələr, onlar da ağır cəzalandırılacaqlar.

 

Təcrübə göstərir ki, yalnız kadr dəyişiklikləri etməklə korrupsiyanın, rüşvətxorluğun qarşısını almaq olmur, yeni, gənc kadrlar daha “innovativ” metodlar, tender fırıldaqları müəyyən edirlər. Nə etməli? Hansı mexanizmlər qurulmalıdır ki, məmurlar rüşvətə qurşana bilməsin?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev belə məmurların “dərs çıxarmamaları”nın səbəblərini sadaladı:

 

“Son illər hakimiyyətdə yenilənmə prosesi gedir. Nazirlər icra strukturlarında yaşlı olanları vəzifədən uzaqlaşdırıb cavanları gətirirlər. 37-40 yaşına qədər olanları vəzifələrə təyin edirlər. Ola bilər ki, onlar savadlıdırlar, amma bu rüşvət, korrupsiya sistemi onları "yeyir"".

 

Fuad Əliyev hesab edir ki, yeni təyinatlarla bərabər köklü islahatlar başlanmalıdır. Onun sözlərinə görə, gömrükdə, vergidə, səhiyyə və təhsil sistemində rüşvət və korrupsiya kökündən yığışdırılmalıdır:

 

"Nazirlər Kabineti bütövlükdə ləğv olunmalıdır. Prezident həmçinin icra strukturlarının rəhbəridir. Ona görə də Nazirlər Kabineti ləğv olunub, onun funksiyaları vitse-prezidentlik institutuna verilməlidir. Təqaüd yaşında olanları təqaüdə göndərmək lazımdır. Onlar bu yaşda vəzifədə olub kimə nə fayda verə biləcəklər? Baxın, Yazıçılar Birliyinin köhnə-yeni sədri Anar deyir ki, “mən yazıçılar üçün yaşayış binası, sanatoriya tikirəm. Bu işləri mən başlamışam, mən də yekunlaşdırmaq istəyirəm”. Hörmətli Anar müəllim görün nəyi fikirləşir, demir ki, bu son 20 ildə mən dünyaya səs salan roman, poema və digər ədəbiyyat əsərləri yazmışam, bax buna görə də mən yenidən sədr olmağa layiqəm... Məncə, elə onun sözlərini əsas götürərək, burada yeyintilərdən söhbət gedir. O bilir ki, yeni sədr onun dövründə olan bütün işləri təftiş edəcək və böyük problemlər üzə çıxacaq. Bu, digər sahələrə də aiddir. Niyə yeni təyin olunanlara bu həbslər dərs olmur? Çünki onlar görürlər ki, həbs olunanlar bir-iki il “yatandan”, oğurladıqları pulların müəyyən bir hissəni qaytarandan sonra azadlığa çıxırlar. Həbsxanada qaldığı müddətdə də pis yaşamırlar, ümumi kameralarda qalmırlar. Ona görə də yeni təyin olunanlar fikirləşirlər ki, “fürsət düşüb əlimizə, bundan istifadə etmək lazımdır. Tutsalar da bir-iki il oturub çıxacağam”. Məmurların tikdirdiyi saraylarına baxırsan, ərəb şeyxlərinin elə villaları yoxdur. Məmurlar hektarlarla torpaq zəbt ediblər və az qalıb ki, orada futbol meydançası düzəltsinlər. Korrupsiyada adları hallanan məmurlar həbs olunmalı, əmlakları müsadirə edilməlidir və aldıqları cəza müddətini axıra qədər çəkməlidir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ