Deputat Dövlət Məşğulluq Agentliyinin xidmətindən NARAZIDIR

14:18 04-11-2022 | icon 500 | Siyasət
Deputat Dövlət Məşğulluq Agentliyinin xidmətindən NARAZIDIR

Razi Nurullayev: "Agentlikdə Qanunvericilik səviyyəsində də müəyyən boşluqlar var"

 

"Dövlət Məşğulluq Agentliyinin xidmətindən mən də narazıyam. Mənə ünvanlanan məktubların xeyli hissəsi məşğulluqla bağlı olub. Bu günə qədər Məşğulluq Agentliyindən razı qalan vətəndaşa hələ rast gəlməmişəm. Çətin ki, gələk. Məşğulluq Agentliyinin fəaliyyətində ciddi dönüşə nail olmaq lazımdır. Yanaşmalar doğru deyil, Qanunvericilik səviyyəsində də müəyyən boşluqlar var".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.
 
 
Deputat qeyd edib ki, Məşğulluq Agentliyi ümumiyyətlə, qarşısına qoyulan vəzifəni həyata keçirə bilmədi:
 
 
"Bu Agentliyin yaradılmasında məqsəd vətəndaşların işlə təmin olunması, ehtiyaclarının ödənilməsi, məşğulluqlarını yaratmaları idi. Həqiqətən bunun çərçivəsində xeyli addımlar atıldı. İnsanlara mal-heyvan paylanıldı, müəyyən avadanlıqlar verildi, məşğulluq üçün şərait yaradıldı. Amma bütün bunların 100-dən 90-ı özünü doğrultmur. Heyvanı alan aparıb satır, sonra adını qoyur ki, mənə xəstə heyvan verilmişdi. Məsələ xəstə heyvanda deyil. Müəyyən yerlərdə vətəndaşa xəstə heyvan verilə bilər. Bunları istisna etmirəm. Amma bəziləri mal-heyvanı alır, səhəri günü bazara çıxarırlar. Bəzən elə olur ki, vətəndaş Agentlikdən mal, qoyun tələb edir. Vətəndaş heyvanı alıb, satmaq istəyir, heç onun mal, qoyun saxlamaq fikri də yoxdur. Lakin elə insanlar var ki, onlar doğrudan da heyvan saxlamaq istəyirlər, amma Agentlikdən bunu ala bilmirlər. Təzadlı məqamlar çoxdur. Bunun hansısa yolunu tapıb, vətəndaşlara xidmət göstərmək lazımdır".
 
 
Razi Nurullayev bildirib ki, hazırda Məşğulluq Agentliyində göstərilən xidmətlərin səmərəliliyi yoxdur. Deputatın sözlərinə görə, insanlar buna dövlətin yardımı kimi baxır, üç-dörd ay sonra özünüməşğulluq yoxa çıxır:
 
 
"Kifayət qədər insan tanıyıram ki, özünüməşğulluqla məşğul olmaq istəyir. Lakin bunun üçün lazım olan avadanlıqları ala bilmirlər".
 
 
Deputat vurğulayıb ki, vətəndaşların işlə təmin olunmasında da problem var:
 
 
"Məşğulluq Agentliyi insanları iş yerlərinə göndərir, vətəndaş gedib görür ki, iki aydır, artıq həmin iş yeri tutulub. Agentlik isə qeydə alır ki, guya filankəs işlə təmin olundu. Agentliyin verdiyi “1000 nəfər işə düzəlib” statistikasının 900 nəfəri yalandır. Onlar işlə təmin olunmayıblar, sadəcə, adlarının qarşısına işarə qoyublar ki, guya təmin olundu".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...