"Fransa özünü erməni cəbhəsinin arxasındakı çirkli səngərə atır"
Könül İsmayılova: "Bu qətnamə Fransanın Azərbaycanda heç dostunun olmamasını göstərir"
"Fransa Senatı qərəzli, heç bir əsası olmayan Azərbaycan əleyhinə qərar qəbul etdi. Sənədin qəbulunda 332 senator iştirak etdi, lehinə 295, əleyhinə isə 1 senator səs verdi. Bu da o deməkdir ki, uzun illər iki ölkə arasında aparılan işlər, dostluq münasibətləri, yatırılan investisiyalar nəticəsində Fransada cəmi 1 dost senator qazana bilmişik".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.
Partiya yetkilisi qeyd edib ki, əslində, bu qətnamə Fransanın Azərbaycanda heç dostunun olmamasını göstərir.
Könül İsmayılova bildirib ki, Senat ölkəmizə qarşı sanksiyalarla bərabər, hətta qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa da çağırıb:
"Beləliklə də, Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə saldı. Eyni zamanda Paşinyanın Fransa Senatına minnətdarlıq məktubu da göndərəcəyi gözləniləndir. Hesab edirəm ki, bu qərar Fransanın özünü erməni cəbhəsinin arxasındakı çirkli səngərə atdığının sübutudur. Heç şübhə yoxdur ki, Senatın qətnaməsi sərhəddə vəziyyəti gərginləşdirəcək. Buna görə də Azərbaycan həm siyasi, həm də sərhəd cəbhəsində həmişə olduğu kimi güclü dayanmalıdır".
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"