Rus sülhməramlıları ilə bağlı SƏRT BƏYANAT

10:04 08-12-2022 | icon 462 | Siyasət
Rus sülhməramlıları ilə bağlı SƏRT BƏYANAT

"Vaxtından əvvəl Azərbaycandan çıxarılması məsələsi qaldırılmalıdır"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Rusiya sülhməramlılarının mandatdan kənar fəaliyyətilə bağlı Bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, Bəyanatda bildirilir:

 

 

"10 noyabr 2020-ci ildə imzalanan məlum Bəyannamədə sülhməramlıların torpaqlarımızda qalan erməni tör-töküntilərin, separatçıların çıxarılması qeyd olunmasına baxmayaraq, sülhməramlılar nəinki onları çıxardılar, əksinə, onların Laçın dəhlizindən Ermənistana gedib-gəlmələrinə şərait yaradır.

Son günlər isə İrandan, guya tikintidə işləmək üçün gələn iki qrup İran vətəndaşını Azərbaycanın rəsmi icazəsi olmadan, sülhməramlı qüvvələrin müvqqəti yerləşən ərazilərə buraxıblar.

Son hadisə olaraq Azərbaycan jurnalistlərinin Xocalıya buraxılmaması oldu.

 

ALDP Rusiya sülhməramlı qüvvələrin mandatdan kənar fəaliyyətini qətiyyətlə pisləyir və onların nəzərlərinə bir də çatdırır ki, onlar bizim razılığımızla və müvəqqəti olaraq  ərazilərimizdə yerləşiblər.

 

ALDP hesab edirik ki, hökumət nümayəndələri Azərbaycan suverinliyini təhdid edən hər bir məqama qarşı çıxmalıdır. Biz də öz növbəmizdə dövləti məsələlərdə hökuməti dəstəkləyəcəyik və istər Rusiya sülhməramlılarının özbaşına hərəkətlərinə, istərsə də Azərbaycanda vəziyyəti yenidən gərginləşdirməyə çalışan Qərb qüvvələrinə qarşı çıxacağıq.

 

ALDP hesab edir ki, Rusiya sülhməramlı qüvvələri 10 noyabr 2020-ci ildə imzalanan Bəyannaməni pozduğuna görə, rəsmi Bakı onların vaxtından əvvəl Azərbaycandan çıxarılması məsələsini qaldırmalıdır.

 

ALDP bəyan edir ki, Azərbaycanın torpaqlarının kiçik bir hissəsində qalan erməni separatçılarını Azərbaycan ordusu təmizləyəcək.

Qarabağ Azərbaycandır!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI