Vacib və gərgin SİYASİ PROSESLƏR

12:30 18-12-2022 | icon 507 | Siyasət
Vacib və gərgin SİYASİ PROSESLƏR

Vüqar Dadaşov:  "Nəticələr gözləniləndən də effektiv oldu"

 

"Bu ilin 10 oktyabrında Xankəndidə keçirilmiş mitinqdə iştirakçıların sayının çox olması ilə yadda qalsa da, bir siyasi nəticəyə səbəb olmadı. Ancaq rus sülhməramlıların məsuliyyət zonası Xankəndi və ətraf ərazilərlə bağlı ümumi vəziyyətə yenə də aydınlıq gətirdi".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, Qarabağ qazisi, hüquqşünas Vüqar Dadaşov bildirib.
 
 
 
Hüquqşünas qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, ictimai aktivistlərin Laçın-Görus yolunda keçirdiyi aksiya fonunda, Ruben Vardanyan tərəfindən dekabrın 17-si üçün keçiriləcəyi planlaşdırılmış mitinqin təxirə salınması isə bu məsələdə Azərbaycana qarşı duran tərəfin kimliyini şübhəsiz ortaya çıxarır:
 
 
"Sözsüz ki, indi Azərbaycana qarşı duran əsas amil məhz Rusiyanın özüdür. Faktiki Vardanyanın rəhbəri olduğu Qarabağ erməniləri Rusiyanın siyasi maraqlarının real əsirinə çevirib".
 
 
V.Dadaşov bildirib ki, Laçın-Gorus yolundakı aksiyanın siyasi nəticələri gözləniləndən də effektiv oldu. Beləki ilk növbədə Azərbaycan "yumşaq güc" siyasəti ilə Rusiyanı və ümum erməniləri çarəsiz vəziyyətdə yaxalayıb və bu hal əsasən Rusiyanı daha da qəzəbləndirib:
 
 
"Laçın-Gorus yolundakı aksiyanın ilk günü Rusiya prezidenti Putinin Azərbaycan prezidenti İlham Əliyevə zənginin nəticəsiz qalması, ardınca Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi, Buxarestdə Avropanın yaşıl enerji təhcizatı ilə bağlı strateji tərəfdaşlıq barədə Azərbaycanın yeni saziş imzalaması və üstəlik ingilis Mİ-6 kəşfiyyatının şefi Ruçard Mumun regiona səfəri Rusiyanın Qafqazdan çıxarılması planları ilə bağlılığı şübhəsizdir. Rusiya isə bu gedişlərə hazır görünmür, ancaq cavabsız qalacağı da inandırıcı deyil.
Azərbaycan vətəndaş cəmiyyətlərinin və ictimai aktivistlərin Laçın-Gorus yolunda keçirdiyi aksiya öz siyasi nəticələri ilə Azərbaycan üçün yeni çox əlverişli imkanlar yaradıb və sözsüz ki, Azərbaycan və region üçün olduqca vacib və gərgin siyasi proseslər vəd edir".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI