Leyla Abdullayevadan başqa səfirimiz YOXDUR?

12:18 19-12-2022 | icon 477 | Siyasət
Leyla Abdullayevadan başqa səfirimiz YOXDUR?

Fuad Əliyev: "Diasporlarda da susqunluqdur, Fuad Muradov göstəriş gözləyir?"

 

“Xaricdə fəaliyyət göstərən səfirliklər yenə də “qış yuxusu"na gediblər. Bu aksiyanı siyasi partiyalar təşkil etməyib ki, səfirlər sussunlar”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Artıq bir həftədir Xankəndi-Laçın yolunda dinc etiraz aksiyasının keçirildiyini xatırladan partiya sədri sual etdi ki, niyə bu aksiya ilə bağlı səfirlər fəaliyyət göstərdikləri ölkələrdə tədbirlər keçirmir, dinc aksiyanın mahiyətini ictimayyətə çatdırmırlar? F.Əliyevin fikrincə, bu aksiyanı siyasi partiyalar təşkil etməyib ki, səfirlər sussunlar:

 

“Azərbaycan XİN bəyanatı olub və olmalı idi. Amma baxın, Azərbaycanın Fransada yeni təyin olunan səfir hörmətli Leyla xanım Abdullayeva “Le Monde” qazetinə etiraz bildirir, Fransa cəmiyyətinə dinc aksiyanın mahiyyətini çatdırır. Fransada, erməniyə dəstək verən ölkədə! Azərbaycanın 75 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 Baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Hörmətli Leyla xanım Abdullayevanı çıxmaq şərtilə, qalan səfirlər nə işlə məşğuldulr?”.

 

Fuad Əliyevin sözlərinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin susmaqla kifayətlənir:

 

“Bu Komitənin də işi çox zəifdir. Bunlar bir ölkədə belə dəstək aksiya təşkil etməyiblər. Nə özlərin səsi çıxır, nədə ki xarici ölkələrdə diaspor təşkilatlarının! Kimin göstərişini gözləyirsiz, hörmətli Fuad Muradov? Prezident sizi bu vəzifəyə təyin edib ki, siz işi aparasız. Dövlət əhəmiyyətli məsələlərdə nə göstəriş? Siyasi məsələ olmasa da, bir partiya olaraq, dəstəyimizi veririk. Xaricdə əməkdaşlıq etdiyimiz partiyalara dinc aksiya ilə bağlı məlumatlar göndəririk. Bu informasiya müharibəsində hamılıqla aktiv olmalıyıq. Göstərişsiz!”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI