"Son sözü Azərbaycan deyəcək"-açıqlama

16:12 07-12-2022 | icon 152 | Qarabağ
"Son sözü Azərbaycan deyəcək"-açıqlama

 

 

Fransanın Azərbaycana qarşı təxribatları səngimir. Bu dəfə də Qarabağda separatçı rejimin başçısı, cinayətkar Araik Arutunyan Fransaya gedərək, parlamentə görüş keçirib və Ermənistan-Azərbaycan sərhədində olduğu kimi, Laçın dəhlizinə yeni beynəlxalq müşahidəçilərin gəlməsi təşəbbüsü ilə çıxış edib.

 

Separatçıların uzağa gedən bu sərsəm tələbləri nəyə yönəlikdir və cavabı nə olmalıdır?

 

Versus.az xəbər verir ki, politoloq Rəşad Bayramov açıqlamasında bildirib ki, separatçı erməni Araikin Fransaya səfəri və bu istiqamətdə müəyyən çağırışlar etməsi təsadüfi deyil. Onun fikrincə, bu təşəbbüs Araik Arutunyanın planı deyil:

 

“Bu iddia Ermənistanın, Rusiyanın və Fransanın birgə ortaya qoyduğu plandır. Bilirsiz ki, müvəqqəti ərazimizdə yerləşən Rusiya sülhməramlı kontingentinin hər hansı bir beynəlxalq mandatı yoxdur və onların fəaliyyəti ancaq üçtərəfli bəyanatla tənzimlənir. Hətta onların səlahiyyətlərini ehtiva edən konkret çərçivə müəyyənləşməyib. Belə çərçivə müvafiq olaraq slməramlı kontingetin yerləşdiyi ölkənin parlamenti tərəfindən təsdqlənməlidir ki, bu da baş verməyib. Və Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından sonra sülhməramlı kontingentin regionda qalma imkanlarının aşağı düşəcəyinin fərqində olduğu üçün həmin kontingentə mandat alaq istəyir. Bunun da yeganə yolu hansısa qərb ölkəsinin prosesə dəstək verməsindən keçir. Ona görə də Fransa regionda müəyyən sülhməramlı missiya ilə mövcudluğunu qoruyub saxlamaq üçün Rusiya ilə müvafiq danışıqlara gedib. Danışıqların da məğzi ondan ibarətdir ki, - “Fransa separatçıların nəzarətində olan ərazilərdə mülki müşahidə missiyasını həyata keçirdir, Rusiya isə hərbi sülhməramlı missiyanı həyata keçirir”. Nəticə etibarı ilə bu o anlama gəlir ki, hətta Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından, hətta Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyüyün tanınmasından sonra da separatçı rejim Fransanın, bir tərəfdən də Rusiyanın dəstəyi ilə hələ uzun müddət özünün mövcudluğunu orda qoruyub-saxlamağa cəhdlər edir”.

 

Politoloq hesab edir ki, bütün bunlara yol vermək olmaz. Çünki söhbət Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərindən, ərazilərindən gedir. Politoloq bəyan edib ki, Azərbaycan ərazilərində istər mülki, istər hərbi misiyalar br başa Azərbaycan respublikasının razılığı, qanunları ilə tənzimlənməlidir:

 

“Ona görə də Araikin Fransada nə danışmasından, Fransanın özünü burda hansı rolda görmək istəməsindən və yaxud da Rusiyanın regionda davamlı şəkildə qalmaq arzusundan asılı olmayaraq son sözü Azərbaycan deyəcək. Və Azərbaycan tərəfi Fransanın indiyədək sərgilədiyi mövqe və davranışa, həm Rusiya sülhməramlıları” ad altında fəaliyət göstərən hərbi kontingenin indiyə qədərki davranışlarını da əsas gətirərək, heç bir halda belə bir fəaliyyətə imkan verməyəcək. Başqa sözlə, Fransanın burda mülki müşahidə missiyası aparması və Rusiyanın beynəlxalq mandat alaraq regionda ömürlük qalması yolverilməzdir və Aərbaycan tərəfinin də buna imkan verəcəyi mümkün deyil”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT