Laçın – Xankəndi yolunda aksiyaçıların şərtləri ödənmirsə -Açıqlama

 

16:30 21-12-2022 | icon 460 | Siyasət
Laçın – Xankəndi yolunda aksiyaçıların şərtləri ödənmirsə -Açıqlama
 

 

 

 Azərbaycan ictimaiyyət nümayəndələrinin, ekofəalların erməni separatçılarının sülhməramlıların gözü qarşısında ərazilərimizdəki yeraltı mədənləri istismar etməsi və bununla bağlı monitorinqin aparılmasına şərait yaradılmaması səbəbi ilə Laçın – Xankəndi yolunda başladığı dinc aksiya 9 gündür davam edir.  Bu günə qədər də “Ekoloji terrora son” şüarı ilə keçirilən aksiyanın şərtləri yerinə yetirilmir.

Bu minivalla aksiya nə vaxta qədər davam edə bilər. Maraqlıdır, ən sadə tələblərdən olan Volkovun aksiyaçıların qarşısına çıxması niyə gerçəkləşmir və özlüyündə nəyi ifadə edir. Əgər aksiyanın tələbləri yerinə yetirilməsə Azərbaycan tərəfindən hansı addımlar atıla bilər?..

 

Siyasi partiya rəhbərləri məsələyə birmənalı mövqe sərgilədi və...

 

“ Artıq aksiyaçılar Volkovla bağlı şüarları dəyişməlidir” 

 

AMİP sədri Arzuxan Əlizadə bildirib ki, Azərbaycan ərazisində, Azərbaycan dövlətinin iradəsindən kənar hər hansı  bir addımın atılması, xüsusilə də Qarabağda erməni separatçıları tərəfindən Azərbaycanın sərvətlərinin talanması, istismar olunması heç bir halda qəbul edilə bilməz. Partiya sədri bildirib ki, rus sülhməramlı kontingentinin rəhbəri Volkovun aksiya iştirakçılarının qarşısında  çıxması və onların məsuliyyət dairəsi hesab olunan ərazilrimizdə baş verən qanunsuz əməllərlə bağlı mövqeyinin bildirməsi tələb olunsa da, rus generalının aksiya keçirilən yerə təşrif buyurmaması, bizə qarşı hörmətsizlikdir. Partiya sədri hesab edir ki, artıq Volkovla bağlı bu tələbi kənara qoymaq lazımdır.

“Artıq Volkovun ərazilərimizdən rədd olub getməsini tələb etmək lazımdır. Bu qədər  vaxtdan sonra onunla yenidən görüşün istənilməsi  düzgün ola bilməz. Və aksiya öz məntiqi nəticəsini əldə eliyənə qədər  davam etməlidir. Azərbaycan vətəndaşları rəsmi qurumlar ərazilərimizdə separatçıların məskunlaşdığı ərazilərdə istənilən yerə daxil olmalıd və ərazidə yerləşmiş rus hərbi kontingenti buna mane olmamalıdır”.

 

A.Əlizadə üçtərəfli sazişin bağlanmasından keçən 2 il ərazində rus hərbi kontingenti öz vəzifələrinin öhtəsindən gəlmir, vəzifə səlahiyətlərini aşıb, əslində ermənipərəst mövqedən çıxış ediblər.

“Onların fəaliyyəti təqdir olunmamalı və bəyannamədə nəzərdə tutulduğu müddətdən tez ərazidən çıxıb getmələri ilə bağlı mövqe ortaya qoyulmalıdır”.

 

 "Əks halda Azərbaycan ölkəsində özbaşınalığa, cinayətkarlığa  son qoymaq üçün antiterror əməliyyatları keçirtməlidir"

 

Versus.az-ın xəbərinə görə, ALDP sədri Fuad Əliyev bildirib ki, Laçın-Xankəndi yolunda davam edən dinc aksiya dünya ictimaiyyətinə çatdırılmalıdır. Əks halda proses beləcə səssiz qarşılanmaqla davam edə bilər. Partiya sədri Qarabağla bağlı Azərbaycanın mövqeyinə qarşı ikili yanaşmaların olduğunu  qeyd edərək, bütün hallarda susmamağı doğru sayıb.

 

ALDP sədri bildirib ki,  aksiyaçıların tələbləri yerinə yetirilmədikcə erməni separatçıları öz durumunu ağırlaşdırır. Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin generalı razılaşmaya əməl etməyərək Azərbaycan monitorinq qrupuna şərait yaratmamaqla, aksiyaçılarla görüşə gəlməməklə gələcəkdə baş verə biləcək hadisələrin məsuliyyətini öz üzərinə yükləyir.

 

“Ya ermənilər Azərbaycan ərazilərində yaşadıqlarını tərk edib, ölkənin qanunlarına tabe olmalıdır, ya da yol açıqdır. Əks halda Azərbaycan ölkəsində özbaşınalığa, cinayətkarlığa  son qoymaq üçün antiterror əməliyyatları keçirtməlidir. Rusiya sülhməramlıları üçtərəfli sazişə əsasən öz missiyaların düzgün icra etməyə çağrılmalıdır. Həmin Laçın yolundan qeyri-qanuni yolla Qarabağa gəlib orda məskunlaşan Vardanyan və Arutunyan kimi cinayətkarları öz ərazisindən çıxartmaq üçün Azərbaycanın həm mənəvi, həm hüquqi, həm də hərbi gücü yetərincədir. Hələ ki, Azərbaycan ictimaiyyəti Qarabağda dinc aksiyalar keçirdir. Amma bunun bir nəticəsi olmalıdır”. 

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...