ALDP təcili TOPLAŞDI
Partiya üzvlərinin reyestr qeydiyyatına başlanılır, İşçi qrupu yaradılır
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Bu barədə Versus.Az-a ALDP-nin Mərbuat Xidmətindən bildirilib.
Qeyd edilir ki, iclasda dövlət başçısı İlham Əliyevin “Siyasi partiyalar haqqında” Qanunu təsdiqləməsi, partiyanın Qurultayının keçirilməsi və bəzi təşkilatı məsələlər müzakirə olunub.
ALDP sədri Fuad Əliyev “Siyasi partiyalar haqqında” Qanunun qüvvəyə minməsi ilə bağlı tapşırıqlar verib:
“Artıq Qanun qüvvəyə minib. Bununla bağlı üzvlərin reyestr qeydiyyatına başlamalıyıq. Eyni zamanda, işçi qrupunun yaradılmasını və qrupa rəhbərlik etmək üçün Rəşad Ramizlinin namizədliyini təklif edirəm”.
Daha sonra partiyanın Qurultayının keçirilməsi məsələsi müzakirə olundu. Qurultayın bu ilin sentyabrın əvvəlində keçirilməsi qərara alındı.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"