Beynəlxalq səyahətçilər qrupu Ağdamda

10:44 06-02-2023 | icon 315 | Qarabağ
Beynəlxalq səyahətçilər qrupu Ağdamda

Böyük Britaniyada formalaşan və tərkibinə 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsünü ziyarət etdikdən sonra Ağdam rayonuna yola düşüb.

 

Versus.Az xəbər verir ki, səfər səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura üç günlük səfəri çərçivəsində baş tutub.

 

Səfər çərçivəsində Ağdam Cümə məscidini ziyarət etmək, rayonun və şəhərin işğal illərində məruz qaldığı dağıntılar və burada aparılan tikinti-bərpa işləri ilə tanış olmaq nəzərdə tutulub.

 

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya və Braziliyadan olan nümayəndələr daxildirlər. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR

Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək