“Semaşko”da dəhşətli virus mənbəyi

09:41 03-03-2023 | icon 485 | Sosial
“Semaşko”da dəhşətli virus mənbəyi

1 saylı Şəhər Kliniki Xəstəxanası (Semaşko) antisanitariya yuvasına çevrilib. Xəstəxana həyəti tullantılarla dolub-daşır.

 

Versus.Az xəbər verir ki, reportyor.info-ya göndərilən video faktdan da görünür ki, “Semaşko” zibil dağına çevrilib.

 

Buna şərait yaradan isə xəstəxananın direktoru Könül doktor və Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Fərrux həkimdir. Deyilir ki, xəstəxananın bütün cərrahi şöbələrində olan əməliyyatlarda istifadə edilmiş sarğı və cərrahi materialları, eləcə də dializ şöbəsində bütün xəstələrin tullantıları (hepatit B və C, HİV, SPİD, dializli xəstələrin çoxunda bu viruslar var), damardaxili sistem şlanqları (hansı ki, həmin şlanqlarla qan və qan preparatları köçürülür) həmin zibilliklərdə “rəqs edir”.

 

Bundan əlavə, dezinfeksiya edilib yandırılmalı olan tibbi tullantılar həyətdə zibillik olaraq saxlanır və üç aydır ki, təmizlənmir. Bu da infeksiya mənbəyi, yoluxucu xəstəliklər ocağıdır.

 

Həmin tullantılar yoluxucu xəstəliklər şöbəsinin olduğu binanın qabağında yığılıb dizə çatıb. Deyilir ki, bu məsələdə hər gün işə bahalı maşınlarda gələn direktor Könül və şöbə müdiri Fərrux doktorların günahı var. Onlar zibilliyi təmizlətdirmirlər və nəticədə virus mənbəyi təhlükə saçmaqdadır. O da xəbər verilir ki, yoluxucu xəstəliklər şöbəsində reanimasiya ləğv olunub. Xüsusi təhlükəli pasiyentlərin qəbulu bu səbəbdən terapevtik və cərrahi xəstələrlə eyni yerdə aparılır. Eyni zamanda, 4 yoluxucu şöbə ləğv edilərək bir şöbədə birləşdirilib və eyni mərtəbədə müalicə gedir. Bir sözlə, cinayətə yol verilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...