“Tehran rejimi öz məqsədinə çatmayacaq”

00:43 04-04-2023 | icon 177 | Siyasət
“Tehran rejimi öz məqsədinə çatmayacaq”

 

 

 

 

“Bu terror aktı müstəqillik qazanandan sonra bizə qarşı əvvəl bir az örtülü, ikinci Qarabağ savaşından sonra isə açıq şəkildə yeridilən qabardılan düşmənçilik siyasətinin tərkib hissəsidir”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev Fazil Mustafaya qarşı sui-qəsd cəhdi,  bunun səbəbləri, onda əli olanların bəlli bir hissəsinin həbsləri və  baş verən olaya cəmiyyətin reaksiyası haqda çıxıında bildirib.

 

Deputat qeyd edib ki, sərhədlərimiz boyunca keçirilən hərbi təlimlərin, haylara hətta onların özlərində belə təəccüb və tərəddüd doğuran təkidli dəstək təkliflərinin, Tehrandakı  səfirliyimizdə törədilən terrorun, dayanmadan bura narkotik maddələrin göndərilməsi kimi təxribatların arxasında hansı niyyət gizlənirsə, haqqında danışdığımız olayda da məqsəd eyni olub.

 

“Amma bu terror aktını planlaşdıranların tez bir zamanda təsbit edilmələri, icraçıların artıq tutulmaları faktı da göstərdi ki, Tehran rejimi öz məqsədinə çatmayacaq,Azərbaycanı yolundan döndərə bilməyəcək,  dövlətimizə qarşı yönələn təxribatlarının qarşısı qətiyyətlə alınacaq, buradakı nökərləri qanunun sərt üzünü də görəcəklər.

Güc sturkturlarımızı, ilk növbədə də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını göstərdikləri yüksək peşəkarlığa görə alqışlayıram. Onlar sözü gedən terror aktının arxasında duran ölkənin bəlli strukturlarından nəinki peşəkarlıqda, prinsipiallıqda,  əzm və təəssübdə də üstünlüklərini göstərdilər ki, fikrmcə, bu da bizim dövlət  idarəçilk modelimizin əmmaməli rejiminkindən nə qədər mütərəqqidirsə, bir o qədər də mükəmməl  olmasının növbəti təsdiqidir”.

 

S.Alıyev cəmiyyətin də İran rəhbərliyinin Azərbaycana qarşı yeritdiyi siyasətə yanaşmasınin tam adekvat olmasını arzu edib.

 

“Hələ qəflət yuxusunda yatanlar da anlasın ki, Fazil Mustafaya atılan güllə təkcə ona deyil, savaşda qazandığımız zəfərə, dövlətimizin güclənməsinə, əmin-amanlığımıza, səngərdəki əsgərimizə-hər birimizə yönəlmişdi. İnanclılarımız artıq dərk etməlidirlər ki, yaratdıqları terror şəbəkələrinə peyğəmbərimizin doğmalarının adlarını verənlər, xalqımızı narkotik dumanında boğmağa köklənənlər Quranın buyurduğu yox, babaları Həsən Sabbahın yoluyla gedirlər. Onlar sanki  “din tiryəkdir”,- deyən Karl Marksa əməlləri ilə haqq qazandırmağa çalışırlar. Belələrindən uzaq durulmalı, nökərlərinə yerləri göstərilməlidir”!

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ