“İran üzr istəməlidir”

11:49 04-04-2023 | icon 187 | Siyasət
“İran üzr istəməlidir”

 

 

“Iranın Azərbaycan dövlətinə, vətəndaşlarına, xalqına qarşı yürütdüyü qərəzli və düşmənçilik siyasətini şiddətlə qınayıram. Təəssüflə deməliyik ki, o, aramızda olan körpüləri Tehranda səfirliyimizdə törətdiyi terror aktı və deputat Fazil Mustafanın həyatına sui-qəsd aktı törətməklə demək olar ki, tam yandırıb. Hələ də ölkəmizdə siyasi stabilliyin, əmin-amanlığın pozulması üçün daima fəaliyyətdədir”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.

 

Deputat qeyd edib ki, dövlətləri birləşdirən körpülərin iki tərəfi olur. Onlar öz tərəflərinə düşən hissəni yandərsalar da biz öz tərəfimizdə olan hissəsini qoruyub saxlamaq cəhdi edirik.

 

“Bu da bizim dövlətimizin daha müdrik olmasının, region ölkələrinin maraqlarını və çıxarlarını nəzərə almaq istəyimizdən irəli gəlir. Iranın dövlətçilik tarixi qədim olsa da, müasir düşüncə tərzi çox primitivdir, apardığı geopolitik siyasət isə arxaikdir.

Iran dövləti bizə gözdağı olaraq torpaqlarımıza təcavüz edən və bu gün də militarist siyasət yürüdən Ermənistanla nümayişkəranə tərəfdaşlıq edir və onu siyasi alət kimi bizə qarşı istifadə edir. Özünün bu cür düşmənçilik siyasətinin müqabilində isə bizim İsrail ilə dostluğumuza və səfirlik açmağımıza qısqanclıq və düşmənçilik prizmasından baxır. Necə yəni sənə olar, bizə yox?

Ümumiyyətlə başa düşə bilmirəm ki, bu qonşu dövlətlərdə özünü böyük qardaş kimi aparmaq hissi niyə günü-gündən güclənir? Axı müasir insan niyə feodal təfəkkürünə geri dönüş edir? Biz hansı əsrdə və zamanda yaşayırıq? Azərbaycan dövləti üçün böyük və kiçik qardaş prinsipi yoxdur, sadəcə qardaş ölkə, dost ölkə, qardaş xalq və dost xalq prinsipləri var”.

R.Nurullayev qeyd edib ki, Iranla qonşuluq münasibətlərinin qurulması üçün bu dövlət bizə qarşı əsassız hədələrini, təhqir və hücumlarını kənara qoymalı, Tehranda səfirliyimizə qarşı törətdiyi terror aktına və deputat Fazil Mustafanın həyatına qarşı təşkil etdiyi sui-qəsdə görə üzr istəməlidir.

“Yalnız bu halda münasibətlərin tezliklə normallaşması baş verə bilər. Əks halda, bu düşmənçilik heç bir tərəfə, xüsusən də onlara xeyir gətirməyəcəkdir, bunu da bilsinlər”.

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ