"Milli, mənəvi dəyərlərə söykənən audiovizual materiallar çox  azdır"

14:00 04-04-2023 | icon 205 | Siyasət
"Milli, mənəvi dəyərlərə söykənən audiovizual materiallar çox  azdır"

Elşad Mirbəşir: “Uşaqlara, yeniyetmələrə yönəlik audiovizual materialar hazırlanmalıdır”

 

“Dövlətin, millətin təhlükəsizliyi bugünkü gənc nəslin tərbiyəsindən, düzgün yetişdirilməsindən asılıdır. Müasir dövrdə əsas istiqamətlərdən biri də uşaq və yeniyetmələrə yönəlmiş audiovizual kompanentlərin formalaşmasıdır və bu, xüsusi əhəmiyyət kəsb edir”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşad Mirbəşir Azərbaycanda özünə yer edən xarici təsirlərin qarşısının alınması fonunda etdiyi çıxışında bildirib.

 

E.Mirbəşir hesab edir ki, Azərbaycanda uşaq və yeniyetmələrin maraq dairəsini əhadə edən milli, mənəvi dəyərlərə söykənən audiovizual materiallar çox  azdır. Onun fikrincə, Azərbaycanla bağlı mühüm hadisələrlə bağlı filmlər, audiovizual materiallar hazırlanmalı, çəkilməlidir. Bu baş vermədikcə gənclərin məcburən kənar dəyərləri mənimsəməsinə təsirini göstərir.

 

E.Mirbəşir vurğulayıb ki, 4 günlük Aprel Döyüşləri Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ilə verilən qələbəmizin anonsu idi. Məhz bu istiqamətdə, milli tarixi yaddaşın formalaşmasında çox işlər görməliyik:

 

“Uşaqlarda patriatizm formalaşmalıdır. Belə olduğu halda kənar təsirlərə məruz qalmayacaqlar. Uşaqlara, yeniyetmələrə yönəlik audiovizual materialar hazırlanmalıdır”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ