"Azəriqaz-da "Açıq qapı" -abonentlərin fəallığı artıb”
“İlin ilk rübü ərzində SOCAR “Azəriqaz” İB ümumilikdə 482 milyon 866 min manat dəyərində satış həyata keçirib. Bunun da 439 milyon 909 min manatı əhali və qeyri-əhali abonentləri tərəfindən ödənişi gerçəkləşib. Nəticədə ödənişlər 91,1%-dir.Cari ilin ilk 3 ayı ərzində ödəniş 100%-dən aşağı olsa da, mart ayından etibarən bu rəqəm artaraq gözləntiləri doğruldub
Versus.az xəbər verir ki, bunu Birliyin baş direktorun satış üzrə müavini Rəşad Cavadov aprelin 14-də keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Anar Qədimli son 2 ay ərzində istehlak edilən qaza görə ödənişlərdə abonentlər tərəfindən fəallığın artdığını qeyd edib. Sadalanan sevindirici faktlarla yanaşı, bəzi abonentlərin qanunsuz əməlləri sayəsində sayğaca müdaxilə və bu kimi neqativ halların sayında isə artım müşahidə edilib. Bu haqda daha ətraflı məlumat verən İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev bu rəqəmin 11 min 580 olduğunu vurğulayıb.
Aksiyada çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi isə fərdi yaşayış evləri və mənzillərdə aparılacaq texniki müayinələrdən söz açıb. Şöbə rəisi artıq bununla bağlı 539 nəfərin təlimlərə cəlb olunduğunu bildirib. E.Vəliyev bu rəqəmin 2024-ə çatdırılacağını da qeyd edib.
“Açıq qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Ləman
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"