Niyə “Azəriqaz” əhalini podratçıların bahalı xidmətlərinə möhtac qoyub?
“Azəriqaz” istehsalat birliyinin yalnız o kəndlərin, yaşayış massivlərinin küçə xəttlərini inşa etməyə imkanı var. Küçə xəttləri inşa ediləndən sonra vətəndaş qapısından içəri evinin qazlaşmasını özü icra edə bilər. Bunu vətəndaş özünün maddi vəsiti hesabına həyata keçirdir. Bu xəttə qazın verilməsini təsdiq edəndən sonra, sayğacın qoyulması 1 manat ödənmədən tətbiq olunur və xəttə qaz verilir”.
Bunu Versus.az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev aprelin 14-də keçirilən “açıq qapı” aksiyasında Bakı kəndlərində yeni yaşayış massivlərində qazlaşmanın “Azəriqaz” tərəfindən deyil, podratçı şirkətlər tərəfindən, lakin vətəndaşın öz maddi hesabına aparılması və sonradan “Azəriqaz” ın balansına keçirilməsi ilə bağlı yaranan suallarla bağlı açıqlamasında bildirib.
E.Vəliyev qeyd edib ki, “Azəriqaz”ın Azərbaycanda qaz təsərrüfatı və bu istiqamətdə yaranan mövcud vəziyyətdən xəbəri var.
“Hər şey planlı şəkildə icra olunur. Biz qazlaşma prosesini öz daxili imkanlarımız hesabına aparırıq. Əvvəllər büdcədən vəsait ayrılırdı və həmin vəsaitə uyğun olaraq hansı kəndin qazlaşması ilə bağlı plan təqdim olunurdusa, o ərazilər qazlaşdırılırdı. Pandemiya dövründən başlayaraq bu işləri öz resurslarımız hesabına icra etməyə məcburuq. Ona görə də il ərzində, 100, 110, bu il 150 yaxın kənd və yeni yaşayış massivlərində qazlaşmasını icra etmişik”.
E.Vəliyev bildirilib ki, istisna hal olaraq şəhid ailələrinin, qazilərin yaşayış evlərinin qazlaşması əvvəldən sonuna qədər “Azəriqaz” tərəfindən aparılır.
Onun sözlərinə görə, xüsusi lisenziya almış podratçı şirkətlərin “Azəriqaz” -a heç bir tabeçiliyi, üzərində heç bir hökmü yoxdur.
“Podratçı şirkətlərə Energetika Nazirliyi lisenziya verir. Vətəndaş həmin podratçı şirkətlərin istənilən birini seçə, qiymətlərdə sövdələşmə apara bilər. İş bitəndən sonra “Azəriqaz” istehsalat birliynə müraciət edilir və Fövqaladə Hallar Nazirliyi, SOKAR, çəkilmiş qazı borularının kipliyi, sızmaya davamlılığı və sair parametrlərini yoxlayandan sonra qaz istifadəyə verilir”.
E.Vəliyev bidirib ki, vətəndaş o küçədən keçən boru xəttinin təhlükəsziliyinə heç bir zəmant verə bilmir. Bütün il boyu həmin xəttə qulluq “Azərqaz”ın öhtəliyində olduğu üçün onun balansına keçir.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"