Azərbaycan Xankəndiyə doğru İRƏLİLƏYİR

14:27 28-04-2023 | icon 294 | Siyasət
Azərbaycan Xankəndiyə doğru İRƏLİLƏYİR

Turan Rzayev: "Nəzarət-buraxılış məntəqəmizlə bağlı əsassız iddialar puç oldu"

 

"Dövlət Gömrük Komitəsi Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başladı".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Turan Rzayev deyib.

 

Politoloqun sözlərinə görə, bu, bir müddətdir nəzarət-buraxılış məntəqəsinin ləğv ediləcəyi və ya Rusiya sülhməramlılarının nəzarətinə keçəcəyi iddialarının əsassız olduğunu sübut etdi:

 

"Nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması rəsmi Bakının əlini gücləndirəcək:

Birincisi, hazırda Qarabağda yaşayan ermənilər ya qondarma qurumun, ya da Ermənistan pasportu daşıyır. Ermənistan pasportu daşıyan şəxslər digər xarici ölkə vətəndaşları kimi müvafiq prosedur qaydalarından keçsə də, qondarma qurumun pasportunu daşıyan şəxslərdən ölkəyə buraxılmaları üçün mütləq şəkildə Azərbaycan Respublikasının pasportu tələb ediləcək.

İkincisi, ermənilər uzun müddətdir iddia edirlər ki, guya Qarabağda 120 min erməni yaşayır. Erməni pasportu daşıyan şəxslər birmənalı şəkildə Ermənistan vətəndaşlarıdır. Pasport yoxlanışı köşkünün quraşdırılması həm də bu məsələdə dəqiq say əldə etməyimizə səbəb olacaq.

Üçüncüsü, Azərbaycan humanitar yüklərin Qarabağa daşınmasına hələlik heç bir maneə yaratmır. Lakin bu proses əbədi belə davam edə bilməz. Ermənistandan gələn yüklərə mütləq rüsum qoyulmalıdır.

Dördüncüsü, nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması növbəti mərhələdə Laçın dəhlizinin statusunun ləğv edilməsinə gətirib çıxacaq".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...