Könül İsmayılova Qələbə günündən YAZDI

11:07 08-05-2023 | icon 470 | Siyasət
Könül İsmayılova Qələbə günündən YAZDI

...Faşizm üzərində qələbədə də xalqımızın rolu az olmayıb

 

 

 

KÖNÜL İSMAYILOVA
/Nizami rayon icra hakimiyyətinin məsul işçisi,
MMP Siyasi şurası və İdarə heyətinin üzvü/

 

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı...

 

Əldə olunan Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar bu müharibədə həm də doğma Azərbaycanı faşizmdən qorudular. 170 mindən çox döyüşçümüzün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Eyni zamanda arxa cəbhədə də misilsiz əmək hünərləri göstərən, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışan xalqımız böyük əzmkarlıq, fədəkarlıq göstərib.

 

Danılmaz faktdır ki, Böyük Qələbəyə xüsusən Bakı neftinin töhfəsi əvəzsizdir. Faktlara diqqət edək: Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Hər zaman o dövrün insanlarından eşidirdik və kitablarda da yazılırdı ki, Azərbaycan nefti olmasaydı, Moskva bu müharibədən qalib çıxmazdı. Təsadüfi deyil ki, İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, eyni zamanda arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri yaddaşlardan silinmir və gənc nəslə vətənpərvərlik nümunəsidir. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə demişdi: "Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi..." Odur ki, Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir.

 

Mən İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarımızın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu elə-belə demədim. Azərbaycan insanı bu Qələbədən çox şey götürdü. Bu gün torpaqlarımızın işğaldan azad edilməsində vətən oğullarımızın göstərdiyi şücaət, nəticədə əldə olunan Böyük Qələbə buna sübutdur.

 

Qeyd edim ki, Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün Azərbaycanda rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirmişdi. Onun müharibə veteranlarına diqqət və qayğısını bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar cəmiyyətdə böyük razılıqla qarşılanır.

 

Hər il Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb.

Bu, Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...