"Bütövlükdə Türk dünayası üçün uğurlu seçim oldu"

14:19 30-05-2023 | icon 164 | Siyasət
"Bütövlükdə Türk dünayası üçün uğurlu seçim oldu"

"Prlamentdə belə bir beynəlxalq tədbirin keçirilməsi tarix üçün əhəmiyyətlidir"

 

“28 may tarixində Türkiyədə keçirilən seçkilər Türk dünyası, Türk Dövlətləri Təklilatı, eləcə də Azərbaycan üçün yüksək əhəmiyyətə malikdir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spikerin müavini Fəzail İbrahimli ölkədə və qardaş Türkiyədə baş verən üç mühüm hadisəyə diqqət çəkərkən bildirib.

 

Fəzail İbrahimli öncə Ulu Öndərin 100 illiyi ilə bağlı Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclasına diqqət çəkib. Deputat Ulu Öndərin 100 illiyi ilə bağlı parlamentdə yüksək səviyyədə anılmasını xüsusi vurğu ilə qeyd edərək, onun ruhunun şad olduğunu deyib:

 

“2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq 37 ölkənin nümayəndə heyətinin iştirakçısı olduğu parlamentdə belə bir beynəlxalq tədbirin keçirilməsi tarix üçün mühüm əhəmiyyətə malikdir”.

 

Spikerin müavini eyni zamanda 28 mayda Perzidentin Laçına səfəri zamanı dünyaya verdiyi mesajlara toxunub. O, Prezidentin dünyaya “Ey dünya, sən Azərbaycana qarşı yönələn siyasətini apar, biz də öz addımlarımızı artırıq”- mesajını bir daha bəyan edib.

 

F.İbrahimli 28 may tarixində Türkiyə Cumhuriyyətində keçirilən seçkiləri Türk dünyası, Türk Dövlətləri Təşklilatı, eləcə də Azərbaycan üçün mühüm əhəmiyyətini qeyd edib, seçkinin nəticələrini xüsusilə önə çəkib. Spikerin müavini Türkiyədə seçkiqabağı kampaniyada Azərbaycana qarşı edilən çıxışların əsnasında bu seçkini Azərbaycan üçün də uğurlu hesab edib.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT