"Bütün danışıqlarda erməni silahlılarının ərazilərdən çıxarılması məsələsi qaldırılmalıdır"

08:43 31-05-2023 | icon 229 | Siyasət
"Bütün danışıqlarda erməni silahlılarının ərazilərdən çıxarılması məsələsi qaldırılmalıdır"

Qabil Hüseynli: “Qarabağda suverenliyimizin bərpa edilməsinin yolu bundan başlayır”

 

"Laçına ilk köçün başlaması bir həqiqəti təsdiq edir: Azərbaycan xalqı öz torpağını sevir, həsrətini çəkir və sonunda o torpaqlara qayıdır. Ölkə Prezidentinin dediyi kimi; Laçınlılar torpağı sevdiyinə görə onu daha da zənginləşdirəcək, o torpağı daha da füsünkar edəcəklər”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Laçına qayıdışın başlanması və qarşıda dayanan ən mühüm məsələlərin həllinə yönəlik atılacaq addımlara, Kişinyov görüşünə diqqət çəkərkən bildirib.

 

Politoloq Laçına qaydışı Böyük Qayıdışın bir hissəsi kimi dəyərləndirib:

 

“Bu o deməkdir ki, Azərbaycan xalqı öz torpaqlarına sevə-sevə geri dönür. Ermənilər uzun müddət işğal altında, əsarətdə saxladığı bu torpaqlarda bir ağac  belə əkməyib, bir çiçək belə yetişdirməyib. Əksinə qırıb, dağıdıb, torpaqları yandırıb. Biz bu köçlə dünyaya zəhmətkeş Azərbaycan xalqının öz torpağını, təbiətini necə canlandırdığını, bölgəni necə turizm məkanına çevirdiyini göstərəcəyik. Laçına qayıdışa, həm də bu kontekstdən yanaşmaq lazımdır”.

 

Q.Hüseynli bildirib ki, Laçına və Qarabağın ermənilərin yaşadığı ətraf ərazilərinə insanlarımızn qayıdışı həm ordumuzun, həm də xalqın motivasiyasını artırır:

 

“Bu, əksinə bölgədə separatçıların təzyiqi altında yaşamağa məcbur edilən ermənilərin ruhi-psixoloji  durumuna, hətta sağlıqlarına ciddi zərbə endirir. Bu torpağın əsl sakinlərinin azərbaycanlılar olduğunu onlara xatırladır. Ona görə də ermənilərin bir çoxu köç əhval-ruhiyyəsindədirlər və bu əhval-ruhiyyənin altında da praktik addımlar atacaqlar”.

 

Politoloq bu gün bölgənin əsas problemlərindən biri burada qalan erməni silahlı qüvvələri, quldur dəstələridir. Onun fikrincə, bütün danışıqlarda erməni silahlılarının ərazilərdən çıxarılması məsələsi qaldırılmalıdır.

 

Q.Hüseynli danşıqlarda erməni silahlılarının çıxarılması ilə bağlı məlumatların az olduğunu deyib:

 

“Biz onsuz da erməni silahlı dəstələrinin ərazilərimizdən çıxarılmasına başlayacağıq. Çünki Qarabağda suverenliyimizin bərpa edilməsinin əsas yolu bundan başlayır. Əsgəranı, Xankəndini nəzarət altına alıb Qarabağda suverenliyimizin bərpa edilməsinə separatçı ordunun çıxarılmasından başlayacağıq. Bu gün əsas məsələ torpaqlarımızda suveren hüquqların tanınması, bərqərar edilməsi və bu bölgədə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını həyata keçirməkdir. Artıq Kişinyov görüşündə hər hansı sənədin imzalanmasından sonra bu proseslərin həyata keçirilməsinə başlanılacaq”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT