“Antibiotiki aptektlərdə konfet kimi satırlar, buna nəzarət edilməlidir”
Qənirə Paşayeva: "Xaricdən dərman gətirənlərin incidilməsinin qarşısını almaq lazımdır"
“Biloji aktiv qida əlavələri tövsiyə edilə bilər. Reseplərdə bialoji aktiv qida əlavələri yazılmasının qadağan edilməsi müzakirə edilsə də, heç bir nəticə yoxdur. Niyə buna nəzarət yoxdur. Eləcə də Azərbaycanda Antibiotiklərdən aşırı istifadə var. Heç bir yerdə belə antibotik satılımır”.
Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qənirə PAşayeva “Dərman vasitələri haqqında” qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Səhiyyə nazirinin müavininə ünvanladığı suallarda bildirib. .
Deputat apteklərdə antibiotikin konfet kimi satıldığını və bunun qadağan olunması ilə bağlı müzakirə aparılsa da, eyni vəziyyətin bu gün də davam etdiyini deyib.
Eyni zamanda bildirib ki, ildə iki dəfə xaricə çıxan insan geri qayıdarkən dost, qohuma dərman gətirisə, demək bunun səbəbləri var.
Deputat hesab edir ki, xaricdən dərman gətirənlərin incidilməsinin qarşısını almaq lazımdır.
Eyni zamanda deputat deyib ki, azərbaycanlılar Türkiyədə dərman zavodlar yaradblar:
“Əgər həmin mütəxəssisləri ölkəyə dəvət edib, burda dərman istehsal edəriksə qiymətlər də ucuz olacaq”-deyə deputat bildirib.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"