"O deputatının mənəvi haqqı yoxdur deputat maaşına “qol" çəksin, burnundan gələr"

22:20 23-06-2023 | icon 468 | Siyasət
"O deputatının mənəvi haqqı yoxdur deputat maaşına “qol" çəksin, burnundan gələr"

Hafiz Hacıyev: "Belə bir həssas dövrdə dövlət başçısına kömək etmirlərsə, lənətə gəlsinlər"

 

Gədəbəyin Söyüdlü kəndində baş verənlərlə bağlı müzakirələr davam edir. Bir neçə gündür, ictimaiyyət nümayəndələri, jurnalistlər, hətta sənət adamaları belə baş verənlərlə bağlı bu ölkənin vətəndaşı kimi fikir bildirməyi özünə borc bildi. Milli Məclisin ayrı-ayrı rayonları təmsil edən deputatları qınansalar da, tənqid olunsalar da, mediada müxtəlif şərhlərlə çıxış etdilər, Gədəbəydə incidilən yaşlı insanların fonunda yaranan mənzərəyə biganə qalmadılar. Təəssüf ki, günlərdir, Gədəbəydəki insanların səsinə, fəryadına təkcə bu rayonu təmsil edən 103 saylı seçki dairəsinin deputatı Sevinc Hüseynova səs vermədi. Halbuki xanım deputat rayonun icra başçısından əvvəl həmin əraziyə getməli, onların dərdini aidiyyatı üzrə müvafiq qurumlara vaxtında çatdırmalı idi. Sevinc Hüseynova isə nəinki bunu etmədi, o, heç jurnalistlərin zənglərinə, mesajlarına da reaksiya vermədi. Hadisənin üzərindən neçə vaxt keçib, S.Hüseynova isə bu gün Milli Məclisin plenar iclasında bir-iki kəlmə ilə gədəbəylilərin “dərdinə şərik olmağı”, “qoca” qadına gözyaşardıcı qaz tətbiq edən polisin rəftarının “qəbuledilməz” olduğunu deməyi özünə borc bilib. Sevinc xanım “qoca” dediyi qadının orta yaşlı bir xanım olduğundan, hələ üstəlik qınadığı polisin araşdırılıb, az qala cəza aldığından, görünür, xəbərsizdir... Deputat günlərdir, Söyüdlüdəki hadisəyə sıfır reaksiya verdiyi üçün sosial şəbəkələrdə ciddi tənqid olunur, qınanır.

 

Müzakirələrlə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Pravda.az-a fikirlərini bölüşüb.

 

O bildirib ki, Gədəbəydə baş verənlər həqiqətən də hamını üzür: “Hazırda orada gedən proseslər çox narahatedicidir. Belə bir təbliğat aparılır ki, bütün respublikanın regionlarına yayılsın. Burada müəyyən qüvvələrin ciddi naşılığı var. İnsanlarla dil tapıb, danışmaq əvəzinə, onlara qarşı çox alçaldıcı hərəkətlər edirlər. Düşünürəm, bu, “beşinci kolon”un Azərbaycanda təxribat törətmək planlarının bir hissəsidir. İllər əvvəl də, beş-altı ay əvvəl də bunu dəfələrlə demişəm. Təəssüf ki, dediklərimizin hamısı öz təsdiqini tapır. Səriştəsiz, qabiliyyətsiz, savadsız adamların hamısı bu gün müəyyən insanların vasitəsilə müəyyən yerlərə “dürtüşdürülüb”. İmkan vermirlər ki, Azərbaycan xalqı dövlət başçısının apardığı daxili və xarici siyasətə dəstək versin, axıra qədər getsin. “Beşinci kolon”un seçdiyi deputat da həmçinin eyni şeyi edir. Mən şəxsən Gədəbəyin deputatını tanımıram, bu xalq onu tanımır. Deputat hara getsin? Axı onu xalq seçməyib gedib soruşa ki, “Ay xalq, dərdiniz nədir, nə istəyirsiniz, niyə bu dağların başına tökülüşürsünüz? Siçan axtarırsınız, ya dovşan tutmaq istəyirsiniz? Nə etmək istəyirsiniz ki, sizin üzərinizə bu qədər gəlirlər?” O deputat deputat deyil. O da Ramiz Mehdiyevin təyin etdiyi insanlardan biridir, kiminsə dostu, qohumudur, ona görə də nəticəsi belə olacaqdı. Biz də həyatımızı, canımızı qurban veririk ki, Azərbaycan dövlətində sabitlik olsun, Azərbaycan xalqı düşdüyü bəladan, Qarabağ kimi böyük yaradan təmiz qurtarsın. Amma buna imkan vermirlər. Müəyyən qüvvələr çox ciddi şəkildə “işləyirlər”. Mən heç Gədəbəyin deputatının adını bilmirəm. Mənim rayon təşkilatından aldığım məlumatlar çoxdur, ciddi məlumatlardır. Sevinc Hüseynovaların və digərlərinin hamısı əvvəlcədən hər şeyi bilirdilər, amma təəssüf ki, əvvəlcədən bildikləri məsələyə qarşı qabaqlayıcı, profilaktik tədbir görmürlər. Camaat nə deyir? Deyir ki, örüş sahəm yoxdur... Kənd camaatıdır, hərəsinin bir inəyi var, istəyir ki, aparıb otarsın. Amma buna imkan verməyən qüvvələr var. Təkcə Gədəbəy deyil ki, bir neçə yerdə vəziyyət belədir. Buna görə də təcili parlament buraxılmalıdır. O parlament cənab Prezident İlham Əliyevin parlamentidir. Cənab Prezident parlamenti buraxmışdı, demişdi ki, 70%-i yararsız adamlardır. Yararsız adamlar isə yenidən gəlib parlamentə özlərini “dürtüşdürdülər”. Sevinc Hüseynova kimdir? Heç kimin adını çəkmək istəmirəm. Yaxşı, bəs vicdanları yoxdurmu, yaşlı anaları, oradakı insanları qucaqlayıb, dərdlərinə məlhəm olsunlar, onlara kömək etsinlər? Bu, da böyük iş, böyük xoşbxətlik olardı”.

 

H.Hacıyev deyib ki, müəyyən daxili qüvvələr Azərbaycanda siyasi vəziyyəti tam gərginləşdirməyə çalışırlar:

“O qadının gözünə gözyaşardıcı qaz vurmağa nə ehtiyac var idi? Qadın orada nə edirdi, kimi öldürürdü? Gedib dağın kəlləsində dovşan tutası, kimisə öldürəsi deyildi ki. Bunun özü də bir təxribatdır, axı niyə belə olmalıdır? Hər şey sülh yolu ilə həll olunmalıdır. Bunları deməyəndə bizi də qınayırlar axı, deyirlər ki, niyə düzünü demirsiniz? Arzu Nağıyev gedərdi də, gedib bir hərəkət edərdi, beş nəfərin qabağına çıxardı, onların qohumlarını tapardı, deyərdi ki, belə olmaz, yaxşı deyil, bu, bizim dövlətə xeyir gətirməz... Bunları demək əvəzinə, gedib camaatı qıcıqlandırırlar. Azərbaycanda beş-on nəfər salamat, dövləti müdafiə edən, Prezidentə sadiq xidmət edən deputat var, yerdə qalanların hamısı “beşinci kolon”un üzvləridir. Düşünürəm, bunlar gələcəkdə də xəyanət edəcəklər. Nə qədər ki, bu dövlət, dövlət başçısı bunlardan qurtarmayıb, Azərbaycanda vəziyyət gündən-günə geri gedəcək. Biz də əlimizdən nə gəlirsə, çalışırıq ki, dövlət başçısına kömək edək, Qarabağ məsələsi tam qurtarsın, bundan sonra görək başımıza nə gəlir. Amma bunlar bilirlər ki, Qarabağdakı məsələlələr başa çatandan sonra daxildə xəyanət edən qüvvələrə qarşı əks hücum başlayacaq. Buna görə də düşünürlər ki, elə bəri başdan bizə etməmişdən, biz bunlara edək. Təəssüf... Gədəbəyin deputatının mənəvi haqqı yoxdur ki, bundan sonra gedib deputat maaşına “qol" çəksin, o pulu alsın. Onun burnundan gələr. Belə bir həssas dövrdə dövlət başçısına kömək etmirlərsə, Allah onlara lənət etsin, başqa heç nə demirəm...”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...