"AZƏRİQAZ"İcra Hakimiyyətinin başçıları ilə görüşlərikeçirib
SOCAR "Azəriqaz" İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin başçıları ilə görüşləri keçirilir. Məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən Salyan Regional qaz istismarı İdarəsi rəisinin regionda yerləşən İcra Hakimiyyətlərinin başçıları ilə görüşləri baş tutub.
Bu barədə Versus.az-a AZƏRİQAZ-ın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Verilən məlumata görə, Keçirilən görüşlər zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"