İcbari Tibbi Sığortanın maarifçiləri mükafatlandırıldı

11:19 10-07-2023 | icon 319 | Sosial
İcbari Tibbi Sığortanın maarifçiləri mükafatlandırıldı

 

İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” layihəsinin
qalibləri elan edilib.

 

Bu barədə Versus.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, 2023-cü ilin kiçik qrant müsabiqəsində “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu üzrə 5 qeyri-hökumət təşkilatı (QHT) qalib olub. 


Layihələrin əsas fəaliyyət istiqaməti regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi üzrə işlərin aparılmasıdır. Müvafiq regionlarda aparılan maarifləndirmə tədbirləri çərçivəsində əhali icbari tibbi sığortanın təminata aldığı tibbi xidmətlərdən istifadə qaydası, Xidmətlər Zərfi, dövlət və özəl tibb müəssisələrində sığortadan yararlanmaq, göndərişlərin verilməsi qaydası və digər bu kimi mövzular barədə məlumatlandırılacaq.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) qalib gəlmiş hər bir ictimai birliyi təbrik edir və onlara layihənin həyata keçirilməsində uğurlar arzulayır. Agentlik öz növbəsində əhaliyə ötürüləcək informasiyaların doğruluğunun təmin edilməsi, uğurlu nəticələrin əldə edilməsi üçün hər bir ictimai birliklə əməkdaşlığa açıqdır. Habelə keçiriləcək tədbirlərin effektivliyinin artırılması üçün ictimai birliklərin icbari tibbi sığorta haqqında təqdimat, lazımi məlumatlar, çap materialları, videoçarxlar ilə təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda QHT-lərin bu istiqamətdə fəaliyyətini əks etdirəcək məlumatların Agentliyin rəsmi saytında, sosial şəbəkə platformalarında paylaşılmasına dəstək göstəriləcək.


Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə dəstək olan qaliblərə bir daha dərin təşəkkürümüzü bildirir və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.

 

Günay

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...