“Vəkillik fəaliyyəti haqqında qanun”un  8-ci maddəsi ləğv olunmalıdır. Bu maddə hətta Naxçıvanda vəkil çatışmazlığının yaranmasına səbəb olub.”

 

Versus.az xəbər verir ki,  bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa bildirib.

 

Deputat qeyd edib ki, 8-ci maddədə nəzərədə tutulur ki, vəkillik fəaliyyəti üçün, vəkillərin 3 illik təcrübəsi olmalıdır. Ona görə də vəkillər müsabiqəyə gəlir, amma bu müddəanın tələbinə görə keçə bilmirlər. 

 

Deputat bu mənada hesab edir ki, Vəkillik Haqqında qanundakı 8-ci maddə ləğv olunmalıdır.

 

TAHİRƏ
Versus.Az