Spiker yekun çıxış etdi

14:05 14-07-2023 | icon 294 | Siyasət
Spiker yekun çıxış etdi

 “Bu dövrdə Milli Məclisin 9 iclası keçirilmiş, 90 qanun və qərar qəbul edilib"

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasının sonunda yekun olaraq spiker Sahibə Qafarova bildirib.

 

Spiker bu dövrdə Milli Məclisin 9 iclasının keçirildiyini, 90 qanun və qərar qəbul edildiyini deyib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən dövlət siyasətini qanunvericilik sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu növbədənkənar sessiyada yerinə yetirib. .

 

S.Qafarova qeyd edib ki, 14 iyul tarixinin Ulu Öndərin 1969-cu ildə Azərbaycanda ilk dəfə ali hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur:

 

“Məhz o illərdə Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoyub. Azərbaycanın başladığı bu uğurlu yol Ulu Öndərin xidmətləri sayəsində dövlət müstəqilliyi dövründə davam etdirilib. Bu dahi şəxs, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasında daha bir xüsusi iclas keçirilmiş və Bəyanat qəbul olunmuşdur”.

 

Spiker eyni zamanda qeyd edib ki, növbədənkənar sessiya dövründə Milli Məclisdə iki dinləmə keçirilmişdir:


“Onlardan biri ölkəmizdə uşaq hüquqlarına, digəri isə Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələlərə həsr edilmişdir. Sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülmüşdür. İyun ayının 6-dan bu günə qədər, yəni bir ay 8 gün ərzində Milli Məclisin 39 deputatı 16 xarici ölkəyə 51 səfər həyata keçirmişdir. 7 xarici ölkənin və 3 beynəlxalq təşkilatın nümayəndə heyətləri Milli Məclisdə qəbul edilmişdir. Həmçinin, bizim deputatlar Özbəkistanda keçirilmiş Prezident seçkilərini müşahidə etmişlər. Bildiyiniz kimi, Milli Məclisin sədrinin Avstriya Respublikasına rəsmi səfəri olmuşdur”.

 

S.Qafarova həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaratdığına əmin olduğunu deyib:

 

“Mən səmərəli fəaliyyət üçün Sizin hamınıza təşəkkür edirəm. Hörmətli deputatlar, Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edirəm”.


Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ