Şahmat təqvimimizdə "Heydər Əliyev ili"

15:32 26-07-2023 | icon 301 | İdman
Şahmat təqvimimizdə "Heydər Əliyev ili"

Azərbaycan Şahmat Federasiyasının (AŞF) sifarişi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sənədli film təqdim edilib.

 

Bu barədə Versus.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

 


"SƏRƏNCAM № 42" adlı ekran işində Ulu Öndərin ölkə şahmatının inkişafında misilsiz xidmətlərindən bəhs olunur.

 

“Nizami” kinoteatrında təşkil olunan təqdimat mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, FIDE rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, şahmat üzrə milli komandanın üzvləri iştirak edib.

 

Filmin nümayişindən öncə AŞF prezidenti Mahir Məmmədov çıxış edərək, il ərzində müxtəlif tədbirlər həyata keçirdiklərini xatırladıb:

 

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu il çərçivəsində Ulu Öndərin xatirəsinə həsr olunan kütləvi tədbirlər keçirilir. Bizim şahmat təqvimimizdə də bir neçə belə tədbir təşkil edilib”.


Federasiya prezidenti Heydər Əliyevin Azərbaycan şahmatının inkişafına böyük təkan verdiyini söyləyib: “Ulu Öndərin verdiyi diqqət sayəsində Azərbaycan qısa müddətdə dünyanın aparıcı şahmat ölkələrindən birinə çevrildi”.

 

Sonra film nümayiş olunub. Sənədli filmin rejissoru Vüsal Qarayev, layihənin rəhbəri isə Azad Abbasovdu.

1998-ci ildə Ulu Öndər Heydər Əliyev şahmatçılar Vüqar Həşimov, Teymur Rəcəbov, Qədir Hüseynov və Rauf Məmmədovu qəbul etdikdən sonra onların hazırlığı və inkişafı ilə bağlı sərəncam imzalayıb.

Həmin tarixi sənəd 42 nömrəli sərəncam olduğuna görə sənədli film belə adlanır.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR

Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək