Obyekti söküb, metro tikdilər, pulunu vermədilər

19:03 02-08-2023 | icon 306 | Sosial
Obyekti söküb, metro tikdilər, pulunu vermədilər

RİH-lə vətəndaş arasında dördmilyonluq qalmaqal

 

Binəqədi Rayon İcra Hakimiyyəti məhkəməyə verilib. Qaynarinfo.az xəbər verir ki, iddiaçı İbiş Əli oğlu Yusifovdur. 

 

Araşdırmalarımız zamanı məlum olub ki, 2008-ci ildə İbiş Yusifova məxsus 358 kvadratmetrlik obyekt sökülüb. Obyektin sökülməsi “Nəsimi” metro stansiyasının tikintisi ilə bağlı olub. Lakin buna görə vətəndaşa kompensasiya ödənilməyib. 

 

İbiş Yusifov dəfələrlə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə, Bakı şəhər və Binəqədi rayon icra hakimiyyətlərinə müraciətləri nəticəsiz qalıb. 

 

Vətəndaş öncə sökülən obyektə görə 1 milyon 878 min, ötən illərdə əldən çıxmış fayda və mənəvi ziyana görə də 500 min manat (cəmi 2 milyon 378 min) kompensasiya tələb edib. Sonradan iddia tələbində məbləğ dəyişib. Mülkiyyətçi 4 milyon manat tələb edib. Lakin qarşı tərəf bununla razılaşmadığına görə iş məhkəməyə qədər uzanıb. Məhkəmə çəkişməsi isə illərdir ki, davam edir. 

 

İşə bir dəfə Bakı İnzibati-İqtisadi Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.

 

Hazırda iş yenidən apellyasiya mərhələsindədir. İbiş Yusifovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT