"Antiterror əməliyyatı istənilən an başlaya bilər"

08:36 17-08-2023 | icon 292 | Müharibə
"Antiterror əməliyyatı istənilən an başlaya bilər"

Uzeyir Cəfərov: “…biz bir dəfə də güc tətbiq etməyə məcbur olacağıq, çünki…”

 

Azərbaycanın Qarabağ və ətraf rayonlarında hərbi təxribatlar törədən erməni separatçı rejimi son günlər müharibə ritorikasını artırıb. 44 günlük Qarabağ savaşında başı əzilən ermənilər üzərinə götürdüyü öhtəliyi yerinə yetirmək əvəzinə arsız bəyanatlar verir, Azərbaycanın sülhlə bağlı heç bir təklifini qəbul etməyəcəyini sərsəmləyir. Hədsiz, arsız erməni üstəlik “humanitar” dəstək üçün hər cür oyunlara əl atıb, Qarabağda yaşayan ermənilərin blokadada qaldığını iddia edir. İşğalçı, müharibədən sonra götürdüyü öhtəlikləri yerinə yetirməyən, sülhəgəlməyən cinaytkar bir xuntanın başqa dövlətin ərazisind hansı məntiq və əxlaqla humanist  yardım istəməsi məntiqsiz olmaqla yanaşı, absurddur. Bütün hallarda regionda maraqlı olan güclərin erməni kartından hər formada istifadə etməsi hadisələrin “siyasi dialoq” axarından çıxarır və sözdən anlamayan erməni xisləti hərb meydanının alovlanmasına zəmin yaradır.

 

Ermənisan və Qarabağda qalan separatçı qrup Azərbayanın sülh təklifindən imtina etməklə kimin “əlinə oynayır” və hərbi gərginliyin artırılması hansı halda ermənilərin karına gələ bilr?

 

 

Versus.az xəbər verir ki, hərbi ekspert, polkovnik Üzeyir Cəfərov müsahibəsində erməni təxribatı və regionda mövcud duruma diqqət çıkib.

 

- 44 günlük Vətən Müharibəsindən sonra hələ də Qarabagda gizlənən erməni separatçılar Azərbaycanın sülh, birgə yaşayışla bağlı təklifini rədd etməklə hansı niyyəti ortaya qoyur. Separatçılar dialoq təklifinə “yox” deməklə nəyə nail olmağa çalışır?

 

- Ermənilər özbaşına qərar vermək gücündə deyil. Onlar öz havadarlarının havasına oynayırlar. Məqsəd ondan ibarətdir ki, Azərbaycanla təmaslar maksimum dalana dirənsin, heç bir dialoq alınmasın və nəticədə gərginlik bundan sonra da davam etsin, bununla da tərəflər arsında sülh müqaviləsinin imzalanmasının qarşısı alınsın. Baxın görün ötən  ilin dekabr ayında guya  imzalanmalı olan sülh müqaviləsi  ilə bağlı ermənilər hansı fikirlər səsləndirir, bəyanatlar verirlər. Burda da Rusiyanın “buynuzları” görünür. Rusiya Xarici İşlər Nazirliyinin Departament direktoru Denis Qonçar deyir ki,  sülh müqaviləsini imzalamaq tezdir, bu sülh müqaviləsi imzalansa, tərəflər arasında konflikt ola bilər, faciələr olar. Bu da o deməkdir ki, Rusiya bu məsələnin həllində maraqlı deyil. Bəzən Rusiya ilə bağlı fikirlərimi açıq bildirəndə, az qala bunu “rusafobluq” kimi qələmə verməyə çalışırlar. Ancaq əsla belə deyil, heç bir rusafobluq yoxdur. Biz real vəziyyəti deyirik və bir daha bildirirəm ki, Rusiya məsələnin slüh yolu ilə həllində maraqlı deyil. Ona görə maraqlı deyil ki, məsələ həll olunandan sonra Rusiya adı “sülhmramlı olan “bandit” dəstəsini burdan çıxartmalıdır. Ona görə belə deyirəm ki, sülhməramlılar özlərini separatçılar səviyyəsinə endiriblər. Rusların Qarabağda separatçıları müşaiyət edərək silah-surst daşımaları, Azərbaycan mövqelərinə qarşı açılan atəşin qarşısının alınmaması,  2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin müddəalarının, xüsusilə də 4-cü bəndin yerinə yetirilməməsi bunu deməyə əsas verir. Ona görə də düşünürəm ki, Araikin sözləri ermənilərin sonuncu hədyanları deyil. Araik Rusiyanın onları çox pis vəiyyətə qoyduğunu anlayır və o da Vqif Xaçatryanın aqibətini yaşayacağından qorxur. İndi ağalarının verdiyi tapşırığı yerinə yetirir, yəqin ki, ruslar ona da söz veriblər ki, son məqamda onu helikopterlə qaçıracaqlar. Çünki Xocalı aeraportu çox təəssüflər olsun ki, açıqdır. Bizim generallar həmin aeraportla bağlı müəyyən şərtlər qoymalı, əsaslandırmalar həyata keçirməlidir. Təəssüflər olsun ki, bunlar mövcud deyil və onlar Laçın sərhəd-buraxılış məntəqəsindən aparıb gətirə bilmədikləri yükləri, narkotikləri Xocalı aeraportu vasitəsi ilə  daşıyırlar. Son vaxtlar Xocalı aeraportuna uçan helekopterlərin say-hesabı yoxdur. 

Düşünürəm ki, Azərbaycan separatçılara vaxt qoymaldır: ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya da Azərbaycan lazım olan addımı ataraq antiterror əməliyyatına başlayacaq. Buna görə də Avropadan, Qərbdən gələn səslərə baxmaq lazım deyil. Söhbət Azərbaycan ərazilərindən gedir və bu ərazilərlə bağlı qərar vermək  Azərbaycan siyasi, hərbi rəhbəliyinin iradəsinə bağlıdır. Bundan  çəkinmək lazım deyil.

Son vaxtlar biz bir qədər yumşaqlıq, humanistlik nümayiş etdirdikcə, maraql qüvvələrin üstümüzə gəldiklərini görürük və bu, heç də bizə xoş deyil. Separatçı kimdir ki, Azərbaycana şərt qoysun və yaxud şərt diqtə eləsin. Biz qalib tərəfiksə, qalib tərf kimi də separatçılardan, ermənilərdən və havadarlarından tələb etməliyik ki, üzərilərinə düşən məsələləri həll eləsinlər. Bu da qeyri -qanuni erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə başlamalıdır.  

 

- “Erməni separatçılar tapşırıqları yerinə yetirir”-deyərkən daha çox Rusiyanın adını çəkdiz. Azərbaycan ərazilərində gərginliyin qalmasında tək maraqı tərəf Rusiyadırmı?

 

- Aydın məsələdir ki, bu gün bölgədə tərəflər arsında münasibətlərin tənzimlənməsində əsas moderator Rusiyadır. Rusiyanın burda qoşunları var və üçtərəfli sənəddə Rusiya da üzərinə öhtəliklər götürdüyü üçün əsasən bu ölkənn adını çəkdim. Əslində isə regionda Ermənistanın, Fransanın, İranın,  eləcə də adı çəkilməsə də bəzi Qərb dövlətlərinin də  maraqları var. Almaniyadan, Avropadan gəlmiş Avropa İttifaqının müşahidə missiyası Qafqazda özlərinə “sərfəli” iş yeri tapıblar. Yüksək məvacib alır, gündə bir dəfə əllərində “binokl” yayda kondisanerli avtomobildə, qışda isti maşında çıxıb əraziyə baxır, sonra da yeyib, içib yatırlar. Ona görə də məsələnin həllində maraqlı deyillər. Məsələ həll olunarsa onlara deyiləcək ki, “xoş gəldin”. Necə ki, vaxtlə ATƏT-in Minsk Qrupu adında qurum var idi və hər dəfə bölgəyə turist səfərləri edərək, baş qatırdılar. ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprişik var idi.  Polşada belə bir diplomatın olduğunu yaddan çıxartmışdılar. Amma 93-94-cü ildən buy ana daim bölgədə  idi və bu yaxınlara qədər kefi nə istəyirdisə onu edirdi. 

 

- Qarabağdakı mövcud vəziyyət regionla bağlı  hərbi zəmini hazırlayırmı? Antiterror əməliyyatları başlaya bilərmi. Bu, vasitəçi Qərbin, Avropanın, Şimalın Azərbaycanın ərazi bütövlüyünü tanıması, təhlükəsziliyinə hörmətlə yanaşması kontekstində necə qarşılana bilər?

 

- Biz bir çox hallarda əsas sənədləri bir kənara qoyub, 2-3-cü dərəcəli sənədlərə istinad edirik. Məsələn, BMT-nin 4 məlum qətnaməsi var ki, orada Azərbaycanın ərazi bütövlüyü tanınr və bu, hər hansı bir şübhə və yaxud narahatçılıq doğurmur. Biz bu sənədi bir kənara qoyub, bu gün “Ermənisan nəyi təklif edir, Rusiya bunu təklif edir, xəritəni filan tərəf təqdim edir”-kimi məsələlərə köklənməli deyilik. Düşünürəm ki, bunlardan uzaq olmaq lazımdır.  Başımızı belə məsələlərlə necə qatırlarsa, biz hədəfdən yayınırıq. Biz hədəfdən yayınmadan bir daha hər kəsə anlatmalıyıq ki, ermənilərin bu gün də silah gücünə iddia etdiyi ərazilər BMT TŞ-nın 4 qətnaməsi ilə təsdi olunmuş Azərbaycan əraziləridir. Son vaxtlar o qətnamələr dilə gətirilmir. Niyə. O sənəddən üstün sənəd varmı, yoxdur. Ona görə də biz o sənədlərə istinad edərək deməliyik ki, Azərbaycan əraziləri qısa müddətdə boşaldılmalıdır, separatçılar, ermənilər, bölgəyə aid olmayan insanlar ərazidən çıxmalıdrlar. Yerdə qalan məsələlərlə Azərbaycan dövləti özü məşğul olacaq. Biz bunu dilə gətirmədikcə bizə qarşı müxtəlif şərtlər irəli sürməyə, fikirlər deməyə başlayırlar.

Baxın, bu günlər Gürcüstanda 08.08.2008-ci il hadisələrinin 15 illiyi oldu. Rusiya həmin tarixdə Gürcüstanın 2 ərazisini -Cənubi Osetiya ilə Abxaziyanı işğal etdi və özü kimi separatizmi dəstəkləyən dövlətlərı yığıb həmin dövlətləri guya tanıdı. Yaxud, Rusiya Ukraynadan qopartdığı əraziləri də tanıtmağa çalışdı. Əgər günlərin bir günü Qarabağı erməni separatçılarını dövləti kimi tanısalar, Rusiya özü kimi dövlət tapacaq və elan edəcək ki, o, müstəqil dövlətdir və o dövləttin xahişi ilə bölgədə qalırıq. İndi də belə deyilir ki, Putin bu ayın sonu  Ərdoğanla görüşəcək və böyük ehtimalla məsələlər müzakirə  olunacaq. Amma anlamaq lazımdır ki, 50 belə görüş keçirilsə də  Rusiya heç bir beynəlxalq hüquqa hörmətlə yanaşmayan dövlət kimi bundan sonra da öz işğalçılıq siyasətini davam etdirmək üçün əlindən gələni edəcək. Həm bu bölgədə, həm Suriyada, Moldovada, həm də  Gürcüstanda… Ona görə də biz başımıza çarə qılmalıyıq. Çəkinmədən deyirəm ki, biz separatçıların nazı ilə az oynamalıyıq.  Deməliyik ki, artq yetər, 3 ilə yaxın vaxt keçib və Rusiya bunların bölgədən çxarılmasına cəhd belə eləmir, bunun acısını çəkən Azərbaycan dövləti, xalqıdır. Bu günə qədər 300-ə yaxın insanımz mina partlayışı nəticəsində həlak olub, hər erməni təxribatı zamanı gah bir əsgərimiz yarananır, ikisi şəhid olur, gah 3 şəhidimiz, bir neçə yaralımız olur.  Buna son qoyulmalıdır. Ona görə də bir Azərbaycan vətəndaşı kimi istəyim, tələbim odur ki, Azəbaycan bu məsələdə prinsipiallıq nümayiş etdirsin və rusdan da, ermənidən də üzərinə götürdüyü öhtəliyi yerinə yetirməyi tələb eləsin. Bir sözlə, antiterror əməliyyatı istənilən an başlaya bilər. Bu, vəziyyətdən asılı olacaq. Yenə də məsələni uzatmağa cəhd eliyəcəklərsə bu artıq Azərbaycan siyasi, hərbi rəhbərliyinin qərarına bağlı olacaq. Antiterror əmliyyatları bu gün də ola bilər, sabah da… Rusların burdan çıxmasının vaxtı yaxınlaşanda da…

Amma onu da bilmıliyik ki, rus sülhməramlıları  burdan özxoşuna çıxmayacaq. Deyilir ki, Ərdoğanda o fikri səsləndirib və bu Putinə təsir edə bilər. Unutmayaq ki, Ərdoğan sadəcə arzusuni dilə gətirdi.  Yeri gəmişkən Ərdoğan Rusiyanın Ukraynadan da çıxmasını arzulayırdı, dilə gətirirdi. Bütün dünya Rusiyanı Ukraynadakı işğalçılıq siyasətindən əl çəkməyə dəvət edirdi.  Amma Rusiya Ukraynadan çıxmadı və buna fikri də yoxdur. Ona görə də biz rusların Qafqazdan asanlıqla gedəcəyini düşünürüksə,  əvvəlcə onaların Xocalıda tikdikləri kilsəni, mədəniyyət evlərini, qurduqları heykəlləri gözünüzün önünə gətirməliyik. Bu da bütün sualların cavabını verəcək…

 

- Qarabağda “sülhməramlı” amili Azərbaycanın antiterror əməliyyatları keçirməsini nə dərəcədə real edir?

 

- Rus gedib dədəsini demirəm, babasını da gətirsə, orda Azərbaycan ordusunun qaşısında duruş gətirə bilməz. Biz bunu Fərruxda da gördük, sərhəddə post qoyanda da, digər strateji yüksəklikləri nəzarətimizə götürəndə də gördük.  Ona görə də antiterror əməliyyatlarında “rus faktoru”nun maneə kimi götürülməsini unutmaq lazımdır. Mənim üçün bu “rus faktoru” yox kimidir. Ona görə də ondan çəkinmək lazım deyil, biz öz işimizi görməliyik. Rusiya öhtəsinə düşəni elmək istmirsə, təbii ki, Azərbaycan oğulları özləri bunu edəcək. Biz bu məsələni itkisiz həll edə bilməyəcəyik. Çünki silahar işləyəcək. Bunların olmaması üçün Azərbaycan təklif edir ki, ermənilər silahı təhvil verib, istəsələr Azərbaycan qanunları çərçivəsində qalıb yaşaya bilərlər. Əks halda, antiterror əməliyyatı qaçılmazdır və biz bir dəfə də  güc tətbiq etməyə məcbur olacağıq. Çünki ermənilər xoşluqla Qarabağı boşaltmaq, bizə qaytarmaq fikrində deyillr. 

 

- Regiondakı mövcud gərgin vəziyyət, rus sülhməramlılarının hazırki davranışları bizə 5 ilin tamamında hansı perspektivi vəd edir? Mariya Zaxarovanın Xankəndi ilə bağlı bəyanatını xatırlasaq, bu gün rus hərbi kontingenti özünə hansı baqajı toplayır: qalacaq, yoxsa gedəcək?

 

- Rusların özləri belə nə istədiklərini bilmirlər. Bir dövlət ki, müharibəni xüsusi əməliyyatdan ayıra bilmir, bir dövlət ki, öz peşəkar ordusunu itirsə də, hələ də guya nəyəsə ümid edir, deməli hansı addımlar atacaqlarını bilmirlər. Ona görə də mən nə Mariya Zaxarovanın, nə başqasının siyasi rəhbərliyini ciddi qəbul elmirəm. Çünki öz imzasına  hörmətlə yanaşmayan siyasətçi mənim üçün heç kimdir.  Bütün hallarda onların necə bir təhlükə olduğunu da  artıq bütün dünyada bilir. Amma eyni zamanda hesab edirəm ki, onlara qanunları başa salmaq lazımdır. Bunu da anlamasalar, deməliyik ki, gedin özünüzə uyğun peşə və ya iş tapın. Çünki gördükləri işin, fəaliyyətin “sülhmramlı” missiyaya zərrə qədər də aidiyyatı yoxdr. Separatçıların qarşısna düşüb silah-sursat paylamaq nə vaxtdan sülhyaratma missiyasına aiddir?!.  Yaxşı, sual olunur: sən ora sülhyaratma missiyası ilə gəlmisənsə, deyə bilərsənmi nə qədər azərbaycanlını öz evlərinə yerləşdiribsiz... bel bir fakt yoxdur. Ona görə də deyirəm ki, sühməramlılar Qarabağa erməni maraqlarını, öz maraqlarını təmin etmək üçün gəliblər. Biz bu məsələləri daim onların diqqətinə çatdırmalı və əlimizdən gələni etməliyik ki, başa düşsünlər ki, bölgədə olan-qalan hörmətlərini də itiriblər, limitləri də çoxdan dükənib. Şəxsən mənim düşüncəm odur ki, sülhməramlıları elə günü bu gün çıxartmaq lazımdır. 3 ilə heç nə eləməyən, 5 ilə nə edəcək, heç nə. Bunlardan heç nə gözlməyə dəyməz. Bunları mədəni şəkildə, öz tərbiyəmizə uyğun olaraq başa salmalıyıq ki, siz artıq getməlisiz. Buna məcbursuz. Onlar çıxmayacaq, biz onları qovub çıxardacağıq.

 

- Ermənilər müharibəyə nə dərəcədə hazırdır, nəyə, kimin gücünə güvənirlər?

 

- Ermənistan odusu 44 günlük savaşda nə edə bildi ki, indi də Qarabağda qalan bir ovuc qor-qotur separatçı Azrərbaycan Ordusuna qarşı nəsə edə bilsin. İndi onlara təxribatlar törədib gərginliyi artırmaq lazımdır ki, Rusiya - “sülhməramlılar çıxsa vəziyyət daha da gərgin olcaq, sizdən ağıllıyam, gəlin otrun danışaq” deyə bilsin. Bu imkanı da Rusiyaya tanımaq lazım deyil. Rusiyanı sadəcə olaraq başa salmalıyıq ki, üzərinə götürdüyün öhəliyi yerinə yetirmədin, burdan elə getməlisən ki… İndi hər məsələni açmaq olmur. Amma hesab edirəm ki, bu proses qaçılmazdır, bir gün gec, bir gün tez bu baş verəcək…

O ki qaldı separatçıların kimə arxalanmasına, biz Araik Arutunyanın Moskvaya, Putinə yazdığı məktubu xatırlasaq, bunu da öyrənmiş olacağıq. Təbii ki, separatçılar, kim  söz veribsə ona arxalanr. Putin söz vermişdi, indi də görünür isləri alınmır...

Bunlar başa düşməlidirlər ki, bir yolları qalıb: ya canlarını götürüb buradan salamat çıxardcaqlar, ya da Vaqif içəridə tək qalmasın deyə, araiklər, petrosları gətirib yanlarına, onlara br “ansambıl” yaradacağıq. Hər şey ona doğru gedir.

Yenə də deyirəm, antiterror əməliyyatları mütləq olacaq. Əks halda ağıllanmayacaqlar. Sadəcə bu gün ermənilərə vaxtı udmaq  lazımdır ki, Hindistandan raketlər gəlsin, İrandan dronlar alsınlar, Rusiya bir az silah-sursat versin və bizi hədələməyə başlasınlar. Mən ona görə bir qədər əsəbi, narahat halda danışram. Bunlar üçün hər ötən gün kimlərləsə dil tapıb özlərinin yaramaz planlarını reallaşdırmaq, güc toplamaq üçün bir fürsətdir.   

Amma bütün hallarda erməni separatçıları bizə heç nə edə bilməz. Allah bizim əsgər və zabitlərimizi qorusun. Allah şəhidlərimizə rəhmət elsin, məkanları cənət olsun, 2020-ci ildə o oğlanlar nə lazımdrsa elmişdilər. Amma Rusiya sona qədər getməyə imkan vermədi. Əvəzində bu gün bizim üçün elə bir problem yaradb ki,   44 günlük savaşdan öncəsi problemdən də dərindir. Son mərhələdə bizə əlavə problemlər yaratmaq üçün əllərindən gələni edirlər. Amma onların da gücü Ukraynada görünür. Narahat olmağa dəyməz, sadəcə yenə də rəsmi Azərbaycan daha ötkəm, qətiyyətli addımları ilə  həmin güclərə Azərbaycanın, 90-ci illərin Azərbaycanı olmadığın anlatmalıdır. Hər kəs Azərbaycan sərhədlərinə, bütövlüyünə, qanunlarına hörmət etməlidir. Bu gün düşmənin qarşısında yumşaqlıq göstərəndə hədlərini aşırlar. Erməni separatçılar Azərbaycanın humanistliyindən istifadə edərək bizə gələcək üçün qəbur qazmağa çalışırlar. Rusun, farsın, franszn, amerikanın, almanın da istədiyi odur ki, xristian qardaşlarına kömək edib, müsəlmanları qanına qəltən eləsinlər. Buna imkan vermək olmaz.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...