Atletimiz Paris-2024-ə lisenziya qazanıb
Azərbaycan atleti Anna Skidan Macarıstanın paytaxtı Budapeştdə keçirilən atletika üzrə dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Milli komandanın üzvü çəkicatma üzrə təsnifat mərhələsində uğurlu çıxış etməklə hədəfin öhdəsindən gəlib.
Skidan 77,10 metr nəticə ilə final mərhələsinə yüksəlib.
Atlet, həmçinin Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyib.
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir