Separatçı rejimin nümayəndəsi Tiqran Petrosyan Rusiyanın Qarabağın inteqrasiya ilə bağlı təkliflərinin yer aldığı “Lavrov planı” adlı sənədi yayıb. Həmin 14 bənddən ibarət təkliflər paketinin dərhal BMT-də erməni dünyası və onların havadarlarının Qarabağda "humanitar böhran"la bağlı uğursuzluğundan sonra yayılması nəyə hesablanır?
Bu istiqamətdə Versus.az-a açıqlama verən hüquqşünas Vüqar Dadaşov bildirib ki, 14 təklifin yayılması heç də təsadüfi deyil.
“İlk növbədə onu qeyd edim ki, BMT-də "humanitar böhranla" bağlı Rusiyanın mövqeyi konstruktiv olmaqla bir növ Azərbaycana dəstək kimi göründü. Amma ardınca da, 14 bəndli "Lavrov planı" yayıldı. Bu təkliflər ümumən Azərbaycan maraqlarına zidd və separatizmin qorunub saxlanmasına xidmət edən və "status", "muxtariyyat" əlamətlərini özündə cəmləşdirən bir sənəddir. Və belə bir sənədin Rusiyanın BMT-də "humanitar böhran" müzakirəsində mövqeyindən sonra ortaya atılması əlbəttə ki, balanslaşdırma gedişidir”.
V.Dadaşov qeyd edib ki, "Lavrov planı"nın -5-ci;
-erməni əhalisi ilə bağlı milli, regional və yerli səviyyədə qərarların işlənib hazırlanasında və qəbulunda iştirak; 6-cı; dövlət qurumlarında, o cümlədən, rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi, erməni dilində yol nişanlarının və elanların quraşdırılması; 13-cü; erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsibiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması; on dördüncü; erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması bəndləri açıq şəkildə xüsusi imtiyaz tələbləri olmaqla Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına bir başa təhdid və təhlükədir. Həmçinin unitar Azərbaycan dövlətinin əsas prinsiplərinin məhv edilməsi cəhdidir”.
V.Dadaşov eyni zamanda qeyd edib ki, 5-ci və 6-cı bəndlər özündə xüsusi status şərt və prinsiplərini ehtiva edir.
“Bir mənalı, "Lavrov planı" Azərbaycanın milli və dövlət maraqlarına kəskin ziddiyyətlidir və Azərbaycanın suverenliyinə, müstəqilliyinə təhlükəlidir. Həmin planın mahiyyəti Azərbaycanda yaşayan digər xalqlara nisbətdə xüsusi imtiyaz yanaşması dövlət dağıdıcı mahiyyətə malikdir. Və sözsüz ki, Azərbaycan tərəfindən qəbul edilməsi yox, hətta müzakirə beləsi mümkünsüzdür.
Əlbəttə ki, erməni əsilli vətəndaşlar da daxil olmaqla Azərbaycan dövləti hər bir etnik nümayəndəsinin konstitusion hüquq və azadlıqlarının təminatçısıdır və bunun icrası üçün heç bir xüsusi "plana" ehtiyacı yoxdur”.
T.Qafarlı
Versus.az