Ermənistanın süni yol GÜNDƏMİ

18:03 31-08-2023 | icon 213 | Siyasət
Ermənistanın süni yol GÜNDƏMİ

Ələsgər Məmmədli: “Prosesin Laçın-Ağdam müzakirəsinə yönəlməsi ciddi problemlər yaradır”

 

 “Laçın yolu Naxçıvanla qurulacaq körpü açılmayanadək açılmamalı, 10 noyabr müqaviləsinin şərti kimi bir paket şəklində həll olmalıdır. Azərbaycan 3 il ərzində təktərəfli xoşniyyət göstərib bu yolun istifadəsini təktərəfli açıq tutub. 3 il yetərli idi ki, Ermənistan da öz öhdəliyini icra etsin və Zəngəzur yolunu açsın. Bu yol açıldıqdan sonra, iki müstəqil və suveren dövlətin daxili hüquqlarına uyğun həmin yollar istifadə edilə bilər”.

 

Versus.Az xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli son günlər Azərbaycan ərazilərinə xaricdən gətirilməsinə cəhd edilən “humanitar yük oyunçuları”nın  Laçından sərhədlərin açılması iddiası və bu istiqamətdə aparılan müzakirələrə diqqət çəkərkən bildirib.

 

Ə.Məmmədli “humanitar arsızlıq” edən erməni vandalizm faktlarını bir daha önə çəkib.

 

Bildrib ki, Azərbaycan əraziləri 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldı, viran qoyuldu, mədəniyyəti, tarixi, ekologiyası, maddi-mədəni varlığı hamısı dağıdıldı, ərazilər minalanaraq mina zibilliyinə çavrildi, milyardlarla zərər vuruldu:

 

“Azərbaycan məhz bu porsseslə barışmadığı üçün Ermənistanla 44 günlük müharibə apardı və müharibə nəticəsində qarşı tərəf Rusiyanın vasitəçiliyi ilə məğlubiyyəti qəbul etdi, bəzi işğalda olan əraziləri də qısa müddətdə tərk etdi. Bütün bunlar 10 noyabr tarixli birgə razilaşdırdıqları sənədlə - “bəyanatla” oldu.”

 

Ekspert Ermənistanın məsələnin fokusunu dəyişərək bütün diqqətləri Azərbaycanın içərisinə yönəltdiyini, bundan süni gündəm yaradıldığını birmənalı qəbul etmədiyini vurğulayıb. Onun sözlərinə görə, Laçın yolunun bağlanmasının səbəbi Ağdam yolunun açılması deyil və olmamamlıdır. Ağdam yolu məsələsi ilə Laçın yolu bir-birinə alternativ ola bilməz. Ekspert Laçın yolunun bağlanmasının iki önəmli səbəbinə diqqət çəkib:

 

“Birincisi, rus sülhməramlıların yerləşdiyi ərazidə 10 noyabr bəyanatının şərtlərinə baxmayaraq, silahlı erməni birləşmələrinin mövcud olması və günü-gündən həm silahlanma, həm də yeni mövqelər tutma cəhdləri, təxribatlar törətmələridir. Bu prossesə Laçın yolu ilə sistemli dəstək verilirdi və Laçın keçən il təhvil alınanda orada basdırılan 2021-ci il Ermənistan istehsalı minalar bunu açıq təsdiqləyən faktlarındadır. Ayrıca, Ermənistandan olan gənclər bu yolla Azərbaycanın suveren ərazisində Azərbaycanın razılığı olmadan hərbi xidmət keçməyə gəlirdi.

İkinci daha önəmli səbəb yenə də 10 noyabr bəynatında olan və hələ də açılmayan Zəngəzur yolu və digər qərb ərazilərini Naxçıvanla birləşdirən alternativ yolların açılmaması və hətta açılmasının üfiqdə görünməməsidir”.

 

Ə.Məmmədli hesab edir ki, prosesin Laçın-Ağdam müzakirəsinə yönəlməsi əslində ciddi problemlər yaradır:

 

“Ermənistanın, erməni lobbisinin və Qarabağda yaşayan erməni əsilli şəxslərin yaratdıqları süni gündəmin dalınca gedərək Laçın yoluna alternativin Ağdam yolu olması məsələsi əsas Naxçıvanla, o cümlədən Türkiyə ilə Zəngəzurdan quru yolun bərpasını gündəmdən çıxarır;

Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qanunsuz mövcud olmasını və yaxın təhlükə saçdığını unutdurur və çıxarılmasını gündəmdə geri plana atır;

10 noyabr bəyanatında göstərilən şəkildə bölgədən-Xankəndi, Kərkicahan, Xocalı, Ağdərə, Xocavənt, Əskəran və s. yaşayış yerlərindən didərgin düşən məcburi köçkünlərin bölgəyə BMT nəzarətində geri qaytarılması məsələsinin üzərindən sükutla keçməyə səbəb olur;

Azərbaycanın yeraltı və yerüstü sərvətlərini 30 il qanunsuz və vəhşicə istismar edərək, habelə mədəni, mənəvi, maddi miraslarını yox edərək, 1 milyonadək insanın məskunlaşdığı bütün yaşayış yerlərinin, evələrin, ictimai qurğuların, obyektlərin, infrastrukturun məhv edərək vurulan milyardlarla dollar zərərin kompensasiya edilməsi məsələsini geri plana atır;

Ağdam yolu ermənilər üçün yox, rus sülhmərmlıların lojistik -sadəcə qida və Müqavilədə nəzərdə tutulan həcmdə avadanlıq istifadəsi üçün tək yol olmalıdır. Rus Sülhməramlılarının Azərbaycanın içərisində olan bir ərazidə xidmət etməsi üçün istifadə edəcəyi yol, Azərbaycanın təklif etdiyi və rəsmi xarakterinə, həcminə, mahiyyətinə nəzarət etdiyi yol olmalıdır - Rəsmi girişi Azərbaycan gömrük orqanlarına və rəsmi qurumlarına bəyan edilən mal və avadanlıqlar yalnız bu ərazidən keçə bilməlidir”.

 

TAHİRƏ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT