"Gərginliyin saxlanılması bu planın bir hissəsidir”-açıqlama

 

12:15 03-09-2023 | icon 146 | Siyasət
"Gərginliyin saxlanılması bu planın bir hissəsidir”-açıqlama
 

 

 

 

“Fransa  Azərbaycan əarzsisində separatçılara açıq dəstək verməkdə, Laçın yolu ətrafında siyasi spekulyasiyaların mərkəzində dayanmaqda,  Azərbaycana qarşı qərəzli siyasi mövqenin formalaşmasına çalışmaqdadır. Artıq Azərbaycana qarşı qərəzli siyasi  mövqelərinin genişlənmsi arealını görməkdəyik”.

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycana qarşı aktivləşən Fransa-Makron siyasətinin regiona verdiyi vədlər və son gözləntilərlə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, Laçın yolu, eləcə də Azərbaycan ərazilərində yaşayan ermənilərin vəziyyəti ətrafında baş verənlər özündə geosiyasi məqamları ehtiva edir.

 

“Laçın yolu haqqında çox danışılır, müzakirələr aparılır, məsələ BMT Təhlükəsizlik Şurasında qaldırılır. Artıq Fransa bu məsələni yenidən BMT müzakirəsinə daşımağa çalışır. Artıq Laçın yolu ətrafındakı səs-küyün mənzərəsi aydın olmağa başlayır.

Biz görürük ki,  Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutu haqqında heç danışmır. Məqsəd ondan ibarətdir ki, hardasa keçmişdə qalmış, bu gün heç bir əhəmiyyəti olmayan Madrid prinsiplərinə uyğun bir tənzimləmə həyata keçirilsin. O prinsiplərdə Qarabağın vəziyyəti, Laçın yolunun vəziyyəti xüsusi şəkildə müəyyənləşdirilirdi. Yəni Laçın yolu Xankəndi ilə Ermənistan arasında bir kommunikasiya olaraq ermənilərin  vəziyyəti müəyyənləşənə qədər qalmalı idi. Bu ona xidmət edir ki, Qərbin dəstəklədiyi prinsiplər üzrə tənzimləmə təsəvvürləri formalaşsın. Bu da geosiyasi çəkişmənin göstəricisidir.

Regionda gərginliyin saxlanılması da bu planın bir hissəsidir”.

 

E.Mirbəşir eyni zamanda bildirib ki, Fransa gərginlik qalacağı təqdirdə ayrıca olaraq Cənubi Qafqaz regionunda təsir imkanlarını saxlamağa ümid edir. Makronun canfəşanlığı bununla bağlıdır.

 

Deputat məsələnin başqa bir tərəfində prosein Ermənistan üçün ağrısız həll olunması istəyi dayanır.

 

“Belə hesab olunur ki, Azərbaycan ərazisində olan ermənilərin hələlik qeyri-müəyyən qalmasının özü də Paşinyan hökuməti  üçün bir uğur elementi  ola bilər. İndiki Ermənistan ağır məğlub durumunda Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh müqaviləsini imzalayacaqsa, bu onun hakimiyyətinin sonu olacaq.

 

Deputat hesab edir ki, bu gün kifayət qədər gərgin bir prosesləri müşahidə edirik. Heç vaxt olmadığı qədər Qərb düşərgəsində Azərbaycana qarşı koalisiya formalaşmaqdadır. Amma Azərbaycan bugünkü mövqeyi ilə bütün oyunları pozmaq gücündədir.

 

“Azərbaycan prezidentinin strateji baxışları, privintiv olaraq ölkəmizə qarşı bütün qərəzləri fiaskoya uğratmaqdadır. Aprel ayının 23-də  Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmaqla  tam olaraq proseslərin inkişafını öz nəzarətimiz altına almağı bacardıq. Xankəndidə etdiyimiz müşahidələr bir daha göstərir ki, Azərbaycanın iradəsi kifayət qədər güclü və keçərlidir.

 

İstefa verən separatçı rejimin rəhbəri Araik Arutunyanın özü də etiraf edir ki, Azərbaycan onun separatçıların başında olmasından narazı idi, ümumuyyətlə separatçıların Azərbaycan ərazilərindən getməsi mütləq baş verəcəkdir. Arutunyan bildirdi ki, guya Azərbaycanla Ermənistan arasında sülh prosesinə müsbt töhvə vermək üçün istefa verir. Əslində etiraf edir ki, Azərbaycanın iradəsini qəbul edirlər. Bütün proseslər onunla nəticələnəcək ki, biz bütün ərazilərimiz boyunca etibarlı, dönməz şəkildə suverenliyimizi təmin edəcəyik”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT