Makronun Azərbaycan prezidentinə zəngində İKİBAŞLI MƏQSƏD

12:20 03-09-2023 | icon 172 | Siyasət
Makronun Azərbaycan prezidentinə zəngində İKİBAŞLI MƏQSƏD

Mətin Məmmədli: "Suverenliyimiz, ərazi bütövlüyü Fransa üçün də maraqlı olmalıdır" 

 

Bu gün Fransa bölgədə olduqca destruktiv, pozucu mövqe sərgiləyir, yeni münaqişələrin yaranmasına səbəb olan bir siyasət həyata keçirdir. Təbii ki, belə bir siyasət Azərbaycan tərəfindən qəbul edilə bilməz.

 

Bunu Versus.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Fransanın Cənubi Qafqaz oyunları, Azərbaycan Prezidentinə etdiyi zəngin səbəbləri ilə bağlı açıqlamasında bildirib.

 

M.Məmmədli hesab edir ki, Makronun həm Azərbaycan prezidentinə, həm də Ermənistan liderinə zəng etməsində ikibaşlı məqsəd var. Onun fikrincə, burada birinci məqsəd ilk növbədə Azərbaycana təzyiq göstərmək, onun haqlı prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq, digər bir tərəfdən isə guya Fransanın regionda problemlərin həllində maraqlı olduğunu nümayiş etdirməkdən ibarətdir.

 

Politoloq bildirib ki, telefon söhbətində sənab ölkə başçısı Azərbaycanın mövqeyini və maraqlarını kifayət qədər aydın ifadə edib:

 

“Prezident  bildirdi ki,  Qarabağda  hər hansı bir humanitar böhran yaşanmır və Azərbaycan öz ərazisində yaşayan ermənilərin humanitar ehtiyaclarını ödəmək üçün təkliflər verir. Təəssüflər olsun ki, bu təkliflər nə Ermənistan, nə də separatçılar tərəfindən qəbul edilmir. Prezident eyni zamanda bildirib ki, Qarabağa göndərilən humanitar yardımların aparılması üçün iki yoldan da istifadə edilə bilər- Ağdam Xankəndi, Laçın Xankəndi yolu. Laçın -Xankəndi  yoliu ilə gəlmək istəyən karvanlar yalnız Azərbaycan gömrük sərhəd xidmətlərnə riayət etməklə ölkə ərazisinə daxil olub humanitar yarıdımı çatdırıa bilər. Bu Azərbaycanın suverenliyi, ərazis bütövlüyü məsələsidir və bunda  bütün dövlətlər, o cümlədən Fransa maraqlı olmalıdır”.

 

M.Məmmədli eyni zamanda qeyd edib ki, Fransa son il yarım ərzində bölgədə fəallaşıb. Fransa Rusiyanın Ukraynada başının qarışmasından və resursalarının daha çox o istiqamətdə sərf olunmasndan istifadə edərək, bundan öz maraqları üçün istifadə etməyə çalışır:

 

“Düşünür ki, Cənubi Qafqazda boşluq yaranıb  və Fransa o boşluğu doldura bilər. Bu məsələdə isə Ermənistanı alət olaraq istifadə edir. Biz buna həm Fransanın öz maraqları müstəvisində, eyni zamanda Fransada olan güclü erməni lobbisinin maraqları prizmasından yanaşa bilərik”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT