Bakının Xətai rayonu, Zeytun küçəsində içməli su xətti partlayıb.
Xezerxeber.az-ın məlumatına görə, bu ünvanda yaşayan sakinlər iddia edirlər ki, bir aya yaxındır, içməli su küçəyə axır, israfçılığa yol verilir.
Küçəyə axan su Zeytun küçəsinin sakinlərinə də böyük problem yaradır. Belə ki, suyun küçəyə axması nəticəsində ətrafdakı mənzillərə normal təzyiqlə su gəlmir. Bununla yanaşı, içməli suyun küçəyə axması nəticəsində torpaq yolda gölməçələr, palçıq əmələ gəlir. Bu da həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi yoxdur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, həmin əraziyə briqada göndərilib və problem tezliklə həll olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: