Xərçəngin bilmədiyimiz ÜÇ ƏLAMƏTİ

09:29 25-10-2023 | icon 414 | Sağlamlıq
Xərçəngin bilmədiyimiz ÜÇ ƏLAMƏTİ

Xərçəngin üç erkən əlaməti var ki, insanlar adətən onlara əhəmiyyət vermirlər.

 

Bu barədə rusiyalı cərrah-onkoloq, tibb elmləri namizədi İvan Karasyov danışıb.

 

Həkimin sözlərinə görə, bədxassəli şişin böyüməsinin təzahürünü soyuqdəymə ilə səhv salmaq mümkündür. Xüsusən də insan daimi olaraq bədənində gücsüzlük və ya zəiflik hiss edirsə.

 

“İkinci əlamət qeyri-adekvat olaraq uzun müddət davam edən 37 və ya daha yüksək bədən temperaturudur”, - deyə o qeyd edib.

 

Cərrah onkologiyanın üçüncü görünməz əlamətinin boğaz ağrısı olduğunu deyib.

 

Karasyovun sözlərinə görə, adətən soyuqdəymə zamanı kömək edən dərmanların qəbulu lazımi qaydada nəticə vermir. Bundan əlavə, sağalmayan yaralar, tez-tez rast gəlinən baş ağrıları, sidik və ya defekasiya zamanı qeyri-adi axıntı da orqanizmin xəbərdarlıq əlaməti ola bilər.

 

Xərçəngdən qorunmaq üçün həkim siqareti çəkməkdən və mütəmadi olaraq spirtli içki qəbul etməkdən imtinanı, idmanla məşğul olmağı və düzgün qida rasionuna riayəti tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI