Nazirlikdən vətəndaşlara XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları təşkilatların adından həyata keçirilən fişinq kampaniyaları barədə xəbərdar edib.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, kiberdələduzlar istifadəçiləri tələyə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara təşkilatların adından saxta SMS-lər göndərirlər, bu SMS-dəki linklərə keçid etməyi təklif edirlər. Keçidə daxil olduqdan sonra bank kartları məlumatlarını daxil etmələri tələb olunur:
“Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu vətəndaşlar alınan hər mesaja şübhə ilə yanaşmalı, məktublardakı linklərə keçid etməməli, bank və digər məlumatlarını qeyd etməməlidirlər”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"